Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq? AÇIQLAMA
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər.
Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?
Məsələ ilə bağlı Oxu.az-a açıqlamasında "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, qaydalar havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla başlanma tarixinin dəyişdirilməsinə istisna hallarda imkan verir:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə Qaydaları"na əsasən payız-qış mövsümü Qaydalarda göstərilən ərazilərdə 1 noyabr-1 may, Bakı şəhəri və respublikanın digər ərazilərində isə 15 noyabr-15 aprel tarixlərini əhatə edir.
Mövsümün başlanması barədə istehlakçılara 10 gün əvvəl rəsmi internet səhifəmizdə, kütləvi informasiya vasitələrində (KİV), habelə yaşayış binalarının girişlərində elanlar vurulmaqla məlumat verilir.
Qaydalar havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla başlanma tarixinin dəyişdirilməsinə istisna hallarda imkan verir. Mövcud normalara görə belə bir zərurət havanın sadəcə ayrı-ayrı günlərdə nisbətən soyuq keçməsi ilə deyil, davamlı və ciddi şəkildə sərtləşməsi ilə təsbit oluna bilər. Belə dəyişiklik müvafiq dövlət orqanlarını məlumatlandırmaqla müəyyən edilir.
Qaydalara əsasən, 1 noyabr-1 may tarixləri aşağıdakı ərazilər üçün nəzərdə tutulur: Ağsu, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Xankəndi, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Naxçıvan Muxtar Respublikası, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz, Yardımlı və Zaqatala".
Elvin Basqallı əlavə edib ki, Qarabağda mərkəzi qazanxanalara qoşulmuş binaların bir hissəsinə digər qurumlar xidmət göstərir:
"Azəristiliktəchizat" ASC-nin Şuşadakı fəaliyyəti çərçivəsində 7 qazanxana yaradılıb. Müxtəlif təyinatlı 16 binanın istilik və isti su təchizatı üçün məhəllədaxili və binadaxili sistemlər qurulub".
O, qazanxanaların istilik mövsümünə hazır olub-olmamasına da aydınlıq gətirib:
"Azəristiliktəchizat" ASC 2026-2027-ci illər payız-qış mövsümünə hazırlığa dair işləri yekunlaşdırmaq üzrədir. Hazırlıq çərçivəsində təxminən 966 km istilik xətti su təzyiqi altında sınaqdan keçirilib, 11 km xətt isə yenilənib. Qazanlar, nasoslar və digər əsas avadanlıqlar təmir olunub, bir sıra avadanlıqlar yenilənib. Qaz xətləri və təhlükəsizlik avadanlıqları da yoxlanılıb.
Bu işlərin məqsədi nasazlıqları mövsüm başlamazdan əvvəl aşkar edib aradan qaldırmaq, qış aylarında istilik təchizatında fasilə riskini azaltmaqdır".
Baxış sayı:46
Bu xəbər 07 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















