Icma.az
close
up
RU
“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan olunub. 2026-cı il iyun ayının 15-dən sentyabrın 30-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər. Müsabiqəyə aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilir.

Fotomüsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına, fəaliyyətinə cəlb etmək, aqrar sahə üzrə peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.

Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hamı iştirak edə bilər. Fotoaparat, smartfon, dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “[email protected]” elektron ünvanına göndərməlidirlər.

Müsabiqəyə göndərilən nümunələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər elan olunacaq. 

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqənin şərtləri

· Müsabiqənin keçirilmə tarixi: 15.06.2026 - 30.09.2026

· Fotolar ağ-qara/rəngli JPEG (JPG) formatında olmalı və uzun tərəfi 1500 piksel təşkil etməlidir.

· Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər və bir iştirakçının təqdim etdiyi fotolardan yalnız 2 foto qalib seçilə bilər.

· Fotonun adında müəllifin adı, soyadı və fotonun adı qeyd olunmalıdır.

· Fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır.

· Fotolar üzərində heç bir fotoredaktə proqramı ilə əlavə dəyişiklik edilməməlidir (yalnız rəng balansı, kontrast və s. kimi düzəlişlərə icazə verilir).

· Müsabiqədə qalib gələn fotoların orijinal versiyası müəlliflərdən tələb olunacaq.

· Müsabiqəyə fotoaparat, smartfon, dronla çəkilmiş fotolar təqdim edilə bilər.

· Fotolarda əks olunan şəxslərin razılığının alınması fotoqrafın məsuliyyətindədir.

· Müsabiqənin iştirakçıları:

· Müsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları iştirak edə bilər (münsiflər heyətinin üzvləri xaric).  

Mükafatlandırma:

Müsabiqədə I-III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq:

I yer - 500 AZN

II yer - 300 AZN

III yer - 200 AZN

Əlavə olaraq, sərgidə nümayiş olunacaq 5 ən yaxşı fotonun müəllifi 100 AZN, 30 ən yaxşı fotonun müəllifi 30 AZN məbləğində mükafata layiq görüləcəklər.

İştirakçıların hər birinə “İştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqədə mükafata layiq görülmüş işlər təşkilatçının mülkiyyətinə çevrilir.

Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət sərginin keçirilməsi nəzərdə tutulur.

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqədə iştirakla bağlı sualları təşkilatçılara ünvanlaya bilərsiniz.

Əlaqə nömrəsi: (+994) 51 526 87 28.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri