Icma.az
close
up
RU
“Azərbaycanda kənd təsərrüfatı” fotomüsabiqəsinin qalibləri elan edilib FOTOLAR

“Azərbaycanda kənd təsərrüfatı” fotomüsabiqəsinin qalibləri elan edilib FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycanda kənd təsərrüfatı” fotomüsabiqəsinin nəticələrinin elan edilməsi ilə bağlı tədbir və sərgi keçirilib.

Bu barədə "Unikal"a Nazirlikdən məlumat verilib.

Tədbirdə qeyd olunub ki, müsabiqəyə kənd təsərrüfatı, aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilib. Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, bu cür müsabiqə və yarışların keçirilməsi aqrar sahədə həyata keçirilən tədbirlərin fotoqrafların fotoobyektivləri vasitəsilə ifadə edilməsi, kənd təsərrüfatı sahəsində yeniliklərin və fermerlərin zəhmətinin nümayiş olunması baxımından mühüm əhəmiyyət kəsb edir.   

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Agrodairy” şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına, fəaliyyətinə cəlb etmək, aqrar sahə üzrə peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.

Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəsin iştirakına şərait yaradılıb, müsabiqəyə fotoaparatla yanaşı, smartfon və dronla çəkilmiş fotolar da qəbul edilib. Qısa müddət ərzində müsabiqəyə 1000-ə yaxın fotoşəkil təqdim edilib, fotoşəkillər ölkənin bütün bölgələrindən, o cümlədən işğaldan azad edilmiş Qarabağ və digər bölgələrdən daxil olub, burada hətta müharibə dövrünə aid şəkillər də yer alıb. Bütün şəkillər Azərbaycanın gözəl təbiəti, kənd təsərrüfatı, zəhmətkeş insanlarını və fermerlərin böyük zəhmətini əks etdirib. 

Müsabiqəyə göndərilən nümunələr münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib. Münsiflər heyətinin qərarı ilə müsabiqədə Vüqar İbadovun müəllifi olduğu “Böyük torpağın balaca sahibi – Xocalı sakini” fotoşəkili I yerə, İlham Mustafayevin müəllifi olduğu “Yamacda sürü” fotoşəkili II yerə, Cavid Rzayevin müəllifi olduğu “Çoban və quzu” fotoşəkili III yerə layiq görülüb. Müsabiqədə I-III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə diplom və pul mükafatları təqdim olunub. 

Bununla yanaşı, sərgidə nümayiş olunan 5 ən yaxşı fotonun – “Kök yığan qadın” fotoşəklinin müəllifi Famil Mahmudbəyli, “Pambıq emalı” fotoşəklinin müəllifi Elxan Qəniyev, “Kürdəmirdə qarpız yığımı” fotoşəklinin müəllifi Ramil Zeynalov, “Günəbaxanlar” fotoşəklinin müəllifi Cavid Abdullayev, “Balıq ovu” fotoşəklinin müəllifi Kürçaylı Məmmədov, eləcə də 30 ən yaxşı fotonun müəllifi müxtəlif məbləğdə pul mükafatlarına layiq görülüb. 

Tədbirdə çıxış edən natiqlər Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərə hədiyyələr təqdim olunub.   

Qeyd edək ki, Aqrar Sığorta Fondunun təqdim etdiyi xidmət və məhsullar ilə Fondun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri