Icma.az
close
up
RU
Azərbaycanda kimlər silah gəzdirə biləcək? Yaş həddi və qaydalar dəyişir

Azərbaycanda kimlər silah gəzdirə biləcək? Yaş həddi və qaydalar dəyişir

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi tərəfindən Azərbaycanda silah əldə etmək hüququnun 18 yaşdan 21 yaşa çatdırılması ilə bağlı qanun layihəsi müzakirəyə təqdim edilib. Mövzu sosial şəbəkələrdə və müxtəlif platformalarda fərqli istiqamətlərdə yozulmağa başlanılıb. İddia edilir ki, Azərbaycanda 21 yaşına çatacaq şəxsə silah əldə etmək və onu daşımaq hüququ verilir. Əldə edilən silahların sonradan təhlükəsizlik üçün müəyyən təhdidlər yaradacağı da qeyd olunur.

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Azərbaycanda silah satışının və gəzdirilməsinin qadağan olduğunu bildirib.

“Mülki şəxslər ancaq həyatlarına təhlükə olduqda və hüquq-mühafizə orqanları qarşısında bunu təsdiq edə bildikdə, müvafiq icazə ilə onlara silah satıla bilər. Amma 18 yaş yetkinlik yaş olsa da, bu insanlar hələ hərbi xidmət keçməyiblər, həyat təcrübələri yoxdur. Ona görə də bu yaşın 21-ə çatdırılması qərara alınıb. Çünki bioloji yetginlik, minimum həyat təcrübəsi, silahla davranmaqda insanları daha məsuliyyətli edir. Bu baxımdan da ölkəmizdə silah gəzdirilməsi ilə bağlı yaş həddinin 21-ə çatdırılması təklif edilib”, - deyə deputat açıqlayıb.

Aydın Mirzəzadə hesab edir ki, ov məqsədilə alınan silahlarla bağlı hər hansı problem yoxdur:

“Azərbaycanda mülki şəxslərin silah gəzdirmək ənənəsi mövcud deyil. Buna ehtiyac da yoxdur. Dövlət hər bir vətəndaşın təhlükəsizliyini yüksək səviyyədə qoruyur. Ölkəmiz kriminal hadisələrin sayına görə dünyada sonuncu yerlərdə qərarlaşıb. Sonrakı dövrdə şəxsin silahla necə davranması və istifadəsinə dövlət tərəfindən nəzarət edilir”.

Deputat əlavə edib ki, yaşı həddi ilə bağlı qərar kütləvi silahlanma demək deyil:

“Amerika və Avropanın bəzi ölkələrindən fərqli olaraq Azərbaycanda insanların silah daşımaq icazəsi yoxdur. Yaş həddi artırıldıqca vətəndaşların silah əldə edilməsində ciddi artım ola biləcəyini söyləmək olmaz. Mövcud qanunvericilikdə isə silah əldə etməklə bağlı yaş həddi 18-dən, 21-ə qaldırılır”.

Təhlükəsizlik üzrə ekspert, “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qanunsuz olaraq odlu silahın əldə edilməsi, saxlanılması, daşınması qadağan edilmiş əməl kimi qəbul olunur.

“Milli Məclisin müvafiq komitəsinin silah əldə etmə ilə bağlı yaş həddinin 18-dən, 21-ə qaldırılmasının müsbət tərəfləri azdır. Bunun cəmiyyət üçün hansı çağırışlar yaradacağı və ictimai təhlükəsizliyə hansı təhdidləri yaradacağı ilə bağlı proqnozlar vermək çətindir. 18-21 yaşında olan gənclərin odlu silahla necə davranacaqları bəlli deyil. O yaşda bir insanın silaha sahib olması və psixoloji durumun idarə edilməsi kimi hallar var”, - deyə o qeyd edib.

Ekspertin fikrincə, silah veriləcək şəxsin hərbi xidmətdə olması da vacib amil kimi qoyulmalıdır:

“Hərbi xidmətdə olmuş şəxs silahla davranış qaydalarını daha yaxşı bilir. Ona görə də digər vacib şərtlərlə yanaşı, silah əldə edilməsi ilə bağlı yaş həddi minimum 30 yaş səviyyəsində müəyyənləşməlidir. Əslində, bu yaş həddi də son meyar sayıla bilməz. 30 yaşına çatmış hamıya silah almağa icazə vermək olmaz. Azərbaycan cəmiyyətinin buna ehtiyacı yoxdur. Bu mənada, şəxsin silah əldə etməsi ilə bağlı hansısa qaydalar və qanunlar lazım deyil. Artıq müharibə də bitib”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə silah əldə etmək ilə bağlı yaş həddinin 18-dən 21-ə qaldırılmasını doğru hesab etmir.

“Yaşı həddi bir qədər də artırılmalıdır. 18-21 yaş həddində olan insanlar gənc hesab edilir və onların həmin dövrdə silah əldə etməsi arzuolunmazdır. Bura Amerika, İngiltərə deyil. Azərbaycan cəmiyyəti müharibədən yeni çıxıb. Ona görə də ölkədə 18-21 yaş həddində olan gənclərə silah satılması qadağan edilməlidir”, - deyə o söyləyib.

Ekspert hesab edir ki, silah əldə edilməsi ilə bağlı hədd minimum 30 yaş səviyyəsində olmalıdır:

“İndiyə qədər Azərbaycanda silah əldə edilməsi ilə bağlı 18 yaş həddi var idi. Bu keçmiş sovet dövründən qalmış yanaşma əsasında müəyyənləşib. Həyat təcrübəsi az olan şəxsə silahın verilməsi gələcək üçün təhlükə deməkdir. Əvvəllər torpaqlarımız işğal altında olduğuna görə bu mövzuya həssas yanaşılırdı. İndi isə torpaqlarımız azad edilib. Bu mənada, silah əldə edilməsi ilə bağlı yaş həddi daha da artırılmalıdır. Söhbət silahdan gedirsə, buna daha ciddi yanaşmaq lazımdır”.

Qeyd edək ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir. Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır. Xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri, təhsil müəssisələri daxildir. Mülki silahı əldə etmək üçün vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edir. Müvafiq yoxlamalar aparıldıqdan sonra silahın alınmasına xüsusi icazə verilir. Əcnəbilərin silah əldə etməsi qaydası isə onların vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməsi ilə mümkün olur. Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa həmin silah müsadirə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri