Icma.az
close
up
RU
Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Brussels Signal” portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin regionda sülhün təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı fikirlərindən bəhs edən məqalə dərc olunub.

Modern.az xəbər verir ki, məqalədə Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun uzun müddət Ermənistanla bağlı ərazi mübahisəsinə fokuslansa da, bölgədə sülhün təmin edilməsindən sonra əməkdaşlığın əsas istiqamətinin dəyişdiyi və iqtisadi sahələrin ön plana çıxdığı vurğulanıb. 2023-cü ilin sentyabrında keçirilmiş qısamüddətli antiterror tədbirlərindən sonra Qarabağ məsələsinin faktiki olaraq başa çatdığı bildirilib. Məqalədə etnik ermənilərin böyük hissəsinin regionu tərk etdiyi və artıq iki ölkənin birgə infrastruktur layihələri üzərində işləmək imkanına malik olduğu diqqətə çatdırılıb.

Yazıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötən həftə Brüsseldə jurnalistlərə müsahibəsində “Biz müharibədə qalib gəldik, gəlin, indi sülhü qazanaq. Biz regionu köklü şəkildə yenidən qururuq və Azərbaycan-Ermənistan sülh gündəliyini möhkəmləndiririk”, - fikri oxucuların diqqətinə təqdim olunub. Hazırda bu istiqamətdə diqqət mərkəzində saxlanılan, Azərbaycan, Ermənistan, İran və Türkiyə sərhədlərinin kəsişməsində yerləşən Zəngəzur dəhlizinin potensial olaraq Çin ilə Avropanı birləşdirəcək nəqliyyat oxu hesab edildiyi xüsusi vurğulanıb. Eyni zamanda, ABŞ-ın layihənin Ermənistana aid hissəsində tərəfdaş qismində çıxış etdiyi və dəhlizin bir seqmentinə Prezident Trampın adının verildiyi qeyd olunub.

Məqalədə, həmçinin Azərbaycanın həm təbii qazın, həm də bərpaolunan elektrik enerjisinin potensial tədarükçüsü kimi öz imkanlarını təqdim etdiyi, ölkədə qızıl yataqlarının olduğu, həmçinin nadir torpaq elementlərinin mövcudluğunun ehtimal edildiyi vurğulanıb.

Xəbərdə Azərbaycanın Qərb tərəfindən sanksiyaya məruz qalan Rusiya və İran arasında yerləşməsinin regiona öz təsirini göstərdiyi də bildirilib. Bu çərçivədə SOCAR-a məxsus enerji obyektlərinə və Azərbaycanın Kiyevdəki səfirliyinin binasına Rusiyanın hava zərbələrinin endirildiyi, eyni zamanda, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun törədildiyi xatırlanıb. Hikmət Hacıyevin Rusiyanın Ukraynada SOCAR-ın obyektlərinə və səfirliyin binasına zərbələrin endirilməsini qəza nəticəsində vurulmuş zərər olduğunu qeyd etdiyi bildirilib. Həmçinin Azərbaycanın Tehrandakı səfirliyinə hücumda məsuliyyət daşıyan şəxslərdən birinin edam edildiyi də xüsusi vurğulanıb.

Eyni zamanda, yazıda 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində 67 sərnişindən 38-nin həlak olmasına da toxunulub. Prezidentinin köməkçisinin bu məsələ barədə şərhində Rusiya Prezidentinin Azərbaycanın narahatlıqlarını cavablandırdığı, hadisə ilə bağlı Rusiya tərəfindən araşdırmanın aparıldığı və cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunacağını qeyd etdiyi diqqətə çatdırılıb. Bu konteksdə Hikmət Hacıyevin “Bütün bu gərginlik dalğasının artması bizə təsir göstərə bilər. Lakin buna baxmayaraq, Azərbaycan sabitlik, təhlükəsizlik və firavanlıq adasıdır və biz bunu daha da möhkəmləndirməkdə davam edəcəyik” fikri xüsusilə qeyd edilib.

Bundan başqa, məqalədə Ermənistanla münaqişənin başa çatmasının Bakının xarici siyasətinə yenidən baxılmasına səbəb olduğu, Azərbaycanın hazırda özünü Mərkəzi Asiya ilə Qafqaz dağları və Yaxın Şərq arasında yerləşən ölkə kimi gördüyü, ölkənin geosiyasi kimliyinin artıq çoxşaxəli xarakter aldığı vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:386
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri