Azərbaycanda kirayə mənzil fonduna daha 206 mənzil əlavə olunub
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində daha 206 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. SİA Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
Yeni mənzillər seçim üçün iyulun 22-si saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçidvasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7 285 kirayə müqaviləsi bağlanıb.


