Azərbaycanda kirayə mənzil fonduna daha 90 mənzil əlavə olundu
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 31 mənzil, Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 31 mənzil və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 28 mənzil olmaqla, ümumilikdə 90 ədəd yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Bizim.Media Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 445 manatdan başlayır.
Yeni mənzillər 1 dekabr 2026-cı il tarixində, saat 15:00-dan etibarən seçimə təqdim olunacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi "Mygov" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksionallığı ilə təsdiq edə biləcəklər.
Vətəndaşlar "SİMA İmza"nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərlər.
Hər kəs üçün bərabər seçim imkanının yaradılması məqsədilə imtinalardan formalaşan yaşayış sahələrinin seçimə təqdim edilməsini hər iş günü saat 11:00-dan etibarən elektron sistem həyata keçirir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Noyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















