Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Azərbaycanda kişi arvadını, anasını, qardaşını döydü Pis yola düşdüyümü dedi...

Azərbaycanda kişi arvadını, anasını, qardaşını döydü Pis yola düşdüyümü dedi...

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Balakən rayonunda 1989-cu il təvəllüdlü Cəlil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı Elmana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib.
Cəlilin anası Almaz yaşadığı evdə olduqları zaman qonşularından musiqi səsini eşidib və Cəlilin həmin yerdə ola biləcəyini düşünüb. Almaz Cəlili çağırmaq üçün həmin evə gedib. Bu zaman qadın Cəlilə evə gəlməsini bildirib. Almaz evə qayıtdıqdan təxminən 30 dəqiqə sonra Cəlil sərxoş vəziyyətdə evə gəlib və anası ilə mübahisə etməyə başlayıb. 
Bundan sonra Cəlil Almazın etdikləri barədə onunla qonşu yaşayan qardaşı Elmana deməsi üçün onun yaşadığı həyətə gedib. Cəlil qardaşını evdən çağırdığı zaman Almaz da həmin həyətə gəlib. 
Bu zaman yenidən Almazla Cəlilin arasında mübahisə yaranıb. Mübahisə zamanı Cəlil anasını yerə yıxaraq başına bir neçə dəfə yumruqla vurub. Bunu görən Elman araya girərək Cəlilı anasından ayırıb. Həmin zaman Cəlil qardaşının sifət nahiyyəsindən bir dəfə yumruqla vurub. 
Bu vaxt onlar bir-birilərini itələməyə başlayıblar. Cəlil kənarda olan odun parçasını götürərək Elmanı vurmaq istəyib. Amma Elman odun parçasını tutmaq istədiyi üçün odun parçası onun sol əlinə dəyib. Nəticədə Elman xəsarət alıb. 
Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Cəlil özünü təqsirli bilib. İfadəsində göstərib ki, Balakən rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır: “Bizimlə birgə anam da yaşayır. Yaşadığım ev ilə yanaşı qardaşı Elman öz ailəsi ilə qalır. Hadisə günü gündüz saatlarında qonşuya getdim. Orada tanışlarım ilə yeyib-içdik, spirtli içki qəbul edərək sərxoş olduq. Həmin gün saat 17 radələrində anam olduğum yerə gələrək məni evə çağırdı və sərxoş olduğum üçün bundan bərk əsəbləşdim. Çünki tanışlarımın yanında anamın arxamca gəlməsi xoşuma gəlmədi. Anam evə getdikdən təxminən 30 dəqiqə sonra evə qayıtdım. Yaşadığım həyətə çatdığım zaman anam ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı küçəyə getdim, sonra Elmanın həyətinə gedərək onu çağırdım. Elmana anamın etdiklərini demək istədim. Həmin zaman anam da arxamca gəldi. Orada anam yenə mənə acıqlandığı zaman aramızda mübahisə yarandı. Əsəbiləşərək anamı itələdiyi zaman o, yerə yıxıldı. Sonra anama olan əsəbindən onun başına bir neçə dəfə yumruq vurdum. Həmin zaman evdən çölə çıxan qardaşım yanımıza gələrək məni anamdan ayırdı. Qardaşım məni təhqir etdi. Bundan bərk əsəbiləşərək qardaşımın dodaq nahiyəsindən bir dəfə yumruqla vurdum. Sonra Elmanla tutaşdığımız zaman anam ayağa qalxaraq məni ondan ayırdı. Mənim isə hələ də qardaşıma əsəbim oldu. Həmin səbəbdən kənarda olan odun parçasını götürərək onu vurmaq istədiyi zaman odun parçasını tutmaq istədi. Buna görə də odun qardaşımın əlinə dəydi”.
Balakən Rayon Məhkəməsinin hökmü ilə Cəlil 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə Balakən rayonunun kəndindəki evini cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməsi, həmçinin Balakən rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməsi tapşırılıb.
Qeyd edək ki, Cəlil bundan əvvəl 2023-cü ildə də Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham edilib və həmin dövrdə Balakən Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Həmin hökmdən məlum olur ki, Cəlil həyat yoldaşı Xəyaləyə xəsarət yetirib. Cəlil arvadına xəsarət yetirməsi ilə bağlı başlanan cinayət  işi üzrə izahatında göstərib ki, Xəyalə ilə 2016-cı ildə ailə qurub:
“Məlum hadisə günü saat 23 radələrində fəhlə işlədiyim yerdən evə gəldim və evdə olduğum zaman qardaşımın qaynanası ilə telefonla danışdım. Telefon danışığını bitirdikdən sonra Xəyalə mənə pis yola düşdüyümü dedi. Bu zaman ona qohumlarım ilə danışdığımı söylədim. Cavabımda Xəyalə mənə qardaşımın qaynanası ilə deyil, başqa biri ilə danışdığımı bildirdi. Bununla bağlı aramızda mübahisə yarandı. Sonra kontur almaq üçün evdən həyətə çıxdım”.
Cəlil qeyd edib ki, bu zaman Xəyalə pis yola getməsini deyərək ağlayıb və cavabında ona kontur alaraq qayıdacağını deyıb: “Buna baxmayaraq, Xəyalə qışqıra-qışqıra ağladığı üçün əsəbləşdim. Geri qayıdaraq Xəyalənin sifətindən bir dəfə şillə ilə vurdum. Nəticədə o, yerə yıxıldı. Xəyalə yıxıldıqdan sonra onun belindən də bir neçə dəfə təpiklə vurdum”.
Xəyalə isə izahatında hadisə zamanı Cəlilin içkili olmasını, onun yanında hansısa qadınla telefonda danışmasını, bu zaman Cəlilə yanında nəyə görə qadınla danışdığını barədə irad bildirməsini deyib.
Onun ifadəsinə görə, Cəlil  ona heç bir söz demədən evdən həyətə düşüb, o da həmin vaxt ağlayıb.
Daha sonra Cəlil geri qayıdaraq arvadından niyə görə ağladığının səbəbini soruşub. Xəyalədə cavabında Cəlilə başqa qadınla danışdığı üçün ağladığını bildirib. Bu zaman onların arasında mübahisə sonda cinayətlə nəticələnib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see447

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see318

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see310

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see295

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see294

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see286

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see265

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see249

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see245

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see225

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see224

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see215

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see214

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see211

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see202

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see200

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see197

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see196

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see188

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri