Icma.az
close
up
RU
Azərbaycanda kişi keçmiş arvadını toy geyiminə görə vedrə ilə döydü TƏFƏRRÜAT

Azərbaycanda kişi keçmiş arvadını toy geyiminə görə vedrə ilə döydü TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Tərtər rayonunda 1991-ci il təvəllüdlü Elmar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Xuramana (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 6-da Tərtər şəhəri, Elman Səfərov küçəsində yerləşən evlərdən birində baş verib. 
Elmar həmin gün saat 19:50-də yaşadığı evində məhkəmə qərarı əsasında həmin ünvanda yaşamaq hüququna malik olan keçmiş həyat yoldaşı Xuramana geyiminə öz narazılığını birdirməsi zamanı aralarında qısqanclıq zəminində mübahisə yaranıb.
Mübahisənin davamı fonunda bir-birilərinə qarşılıqlı şəkildə iradlarını bildiriblər. Bu zaman sərxoş vəziyyətdə olan Elmar qadını cəzalandırmaq məqsədi ilə onun sağlamlığına xəsarət yetirmək qərarına gəlib. O, qadına şillə- yumruq zərbələri ilə xəsarətlər yetirib. 
Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, üçüncü qrup əlildir: “Zərərçəkmiş Xuraman mənim keçmiş arvadımdır. Biz 2017-ci ildə boşanmışıq. Boşansaq da, bir evdə yaşayırıq. Mayın 6-da, saat 12 radələrində Xuraman, özümün anam Kəmalə, qızlarım – Ləman və Aydan ilə birlikdə Bərdə rayonuna xalam nəvəsinin toy məclisinə getdik. Təxminən saat 19-20 radələrində toydan evə qayıtdıq. Evə gəldikdən sonra Xuraman ilə aramızda mübahisə yarandı. Xuraman hamama tərəf getdikdə arxası ilə eyvana çıxdım. Onun sol üz nahiyəsinə bir dəfə şillə vurdum. O, mənim ünvanıma nalayiq ifadələr işlədərək hamama keçdi. Bu zaman hamamın giriş hissəsində olan dəmir vedrəni götürərək onun baş nahiyəsinə zərbə vuraraq xəsarət yetirdim”. 
Tərtər Rayon Məhkəməsinin hökmü ilə Elmar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi, həmçinin Tərtər rayon ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan əlavə bu müddətdə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. 
Həmçinin cəzaçəkmə müddəti ərzində təqsirləndirilən şəxsə kütləvi və digər tədbirlər təşkil etmək, belə tədbirlərdə iştirak etmək qadağan edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Yanvar 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri