Icma.az
close
up
RU
Azərbaycanda kişilər arasında cinsi zəiflik halları artıb SƏBƏBLƏR

Azərbaycanda kişilər arasında cinsi zəiflik halları artıb SƏBƏBLƏR

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son illər kişilər arasında cinsi zəifliyin artması səhiyyə sahəsində aparılan müzakirələrdə xüsusi yer tutur. Avropa Cinsi Sağlamlıq Araşdırmaları Təşkilatının məlumatına görə, son dövrlər 1990-cı illərlə müqayisədə cinsi zəiflik halları 20%-dən çox artıb. Bu artım stress, qeyri-sağlam həyat tərzi və ətraf mühitin təsirləri ilə əlaqələndirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci il hesabatına görə, dünyada 40 yaşdan yuxarı kişilərin təxminən 15%-ində erektil disfunksiya müşahidə edilir. Bu rəqəm 70 yaşdan yuxarı kişilər arasında 50%-dən çoxdur.
Azərbaycanda cinsi zəiflik barədə dəqiq statistik məlumatlar olmasa da, yerli androloqlar və uroloqlar problemin artdığını bildirirlər.
Mövzu ilə bağlı Modern.az-a danışan androloq Dr. Timurçin Məhərrəmbəyli bildirib ki, cinsi zəiflik, cinsi fəaliyyət aktının az olması, erkən boşalma qlobal mövzudur. O qeyd edib ki, sözügedən problem ölkəmizdə də geniş yayılıb.
"Bizə müraciət edən xəstələrin sayı gündən-günə artmağa davam edir. Cinsi zəifliyin ən başlıca faktorları təbii ki, psixoloji gərginlik, stress kimi vəziyyətlərdir. Bunlardan əlavə bu şikayətlə gələn pasiyentlərin əksəriyyətində aktiv olaraq tütün məmulatlarından və alkoqollu və energetik içkilərdən istifadə müşahidə olunur. Digər səbəblərdən biri də ən çox gənc nəsil arasında yayılan cinsi infeksiyalardır. Bu səbəblərin hamısı cinsi zəifliyə, erkən boşalmaya təsir edən ən böyük faktorlardır”.
Onun sözlərinə görə, bu problemləri aradan qaldırmağın müxtəlif yolları mövcuddur:
“Ən başlıca iş və şəxsi həyatda mütləq dəyişikliklərə getmək lazımdır. Stressdən uzaq durmaq, normal qidalanmaq, yuxu rejimini qaydaya salmaq lazımdır. Tütün məmulatları və alkoqollu və energetik içkilərdən istifadə minimuma endirilməlidir. Bunlarla yanaşı cinsi infeksiyaların yoxlanılması, üçün rutin yoxlamalar olmalıdır. Həkim müayinəsindən sonra xəstəyə uyğun olaraq dərman müalicəsi, pəhriz və bəzi idman hərəkətləri məsləhət görülür”.
Müsahibimiz qeyd edib ki, burada idman dedikdə yalnız idman zalına getmək nəzərdə tutulmur:
“Eyni zamanda gündəlik yürüşlər, gecə yürüşləri edilməlidir. Gündəlik həyatda aktiv hərəkətin təbii ki, cinsi zəifliyin və erkən boşalmanın müalicəsində böyük rolu var. Tək bunlara əməl etməklə problem aradan qalxmır, əlavə olaraq dərman müalicəsinin edilməsi də məsləhət görülür. Əsas problemi aradan qaldırmaq üçün isə səbəbi aradan qaldırmaq lazımdır.Fərdə görə səbəblər dəyişir. Biz hətta cavan şəxslərdə bu problemlərə rast gəlirik. Pasiyentin 18-20 yaşı var, cinsi fəaliyyətə yeni başlayır amma bu problemi yaşayır. Araşdıranda görünür ki, şəxs daimi olaraq tütün məmulatlarından istifadə edir, iş rejimi gərgindir, yuxusuz qalır, yaxud da idmanla məşğul olmur. Bunlar hamısı bu problemə təsir edən faktorlardır”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Noyabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri