Azərbaycanda kitab və digər nəşrlər üçün yeni dövlət standartı qəbul oluna bilər
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda "Sənədləşdirmə: Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı" dövlət standartının qəbul olunması gözlənilir.
525.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.
Bildirilib ki, "İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) növbəti iclası keçirilib. Tədbirdə AZSTAND/TK 52-nin sədri, "Elm" nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov AZS ISO 3297:20 "Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)" və AZS ISO 6357:2025 "Sənədləşdirmə: Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı" standartları barədə ətraflı məlumat verib.
O bildirib ki, yeni dövlət standartlarının tətbiqi elmi kommunikasiya sisteminin səmərəliliyini artırmaqla yanaşı, kitabxanalar, elmi informasiya mərkəzləri, nəşriyyatlar və indeksləmə bazaları arasında məlumat mübadiləsini asanlaşdıracaq. Həmçinin bu standartlar Azərbaycan nəşrlərinin beynəlxalq informasiya məkanında tanınmasını genişləndirərək nəşriyyat və kitabxana sahəsində vahid normativ yanaşmanın formalaşmasına töhfə verəcək.
Geniş müzakirələrdən sonra AZS ISO 3297:20 və AZS ISO 6357:2025 standartlarının qəbul olunması üçün AZSTAND-a təqdim edilməsi barədə yekdilliklə qərar qəbul edilib.
Bununla yanaşı, iclasda komitənin nəzdində Muzeylərin fəaliyyət göstəriciləri və idarəetmə prinsipləri üzrə işçi qrupunun (AZSTAND/TK 52 / İQ-3) yaradılması da müzakirə olunub. İşçi qrupunun fəaliyyət istiqamətləri və əsas istinad standartları barədə məlumat verilib.
Eyni zamanda, AZSTAND tərəfindən təsdiqlənmiş "2026–2028-ci illər üzrə milli standartlaşdırma proqramı" çərçivəsində qarşıdakı üç il ərzində həyata keçiriləcək tədbirlər və komitənin fəaliyyət istiqamətlərinə dair monoqrafiyaların hazırlanması ilə bağlı qərarlar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 10 Yanvar 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















