Azərbaycanda səhiyyə sahəsində yeni dövlət standartı qəbul edildi
Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 7101:2025 “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” dövlət standartı qəbul edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Sitat.info-ya verilən məlumata görə, yeni dövlət standartı səhiyyə müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması və idarəetmə proseslərinin səmərəliliyinin artırılması məqsədilə keyfiyyətin idarə olunması sistemlərinə dair tələblər və meyarları müəyyən edir.
Qeyd edək ki, sözügedən dövlət standartının layihəsi “Keyfiyyət Assosiyasiyası” İctimai Birliyi tərəfindən ISO 7101:2023 “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” (Healthcare organization management – Management systems for quality in healthcare organizations – Requirements) beynəlxalq standartı əsasında hazırlanıb və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ (TƏBİB) ilə razılaşdırılıb.
Nəticədə, “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müvafiq qaydada təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 15 Sentyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















