Azərbaycanda kitabdan pul qazanmaq mümkün deyil
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdar artist Bəhram Bağırzadə maddi vəziyyəti, kitablarından əldə etdiyi gəlir və ailəsi qarşısındakı məsuliyyətindən danışıb.
Axşam.az xəbər verir ki, aktyor “Первый чек” yutub layihəsində qonaq olarkən maddi çətinlik çəkmədiyini və işləməyi sevdiyini bildirib:
“Maddi çətinliklər çəkməmişəm, işləməyi sevirəm. Heç vaxt böyük pulların sahibi olmaq iddiam olmayıb. Azərbaycanda kitablardan pul qazanmaq olmur. Bunu deməyə utansam da, gerçəkdir. Qazanmaq olar, amma bununla dolanmaq, çörək pulunu çıxarmaq çətindir.
Mən biznes sinifdə uça, bahalı maşınla gəzə bilmərəm. Bu, mənə heç lazım da deyil. İndi kiçik istəklərim, məsuliyyətim var. Bu istək də mənim uşaqlarımla, ailəmlə, qohumlarımla və nəslimlə bağlıdır. Şükür, bunu çatdırıram, Allah yardım edir”.
B.Bağırzadə məsuliyyətin onun üçün xüsusi önəm daşıdığını vurğulayıb. O, valideynlərinin vəfatından illər keçsə də, onları hələ də yanında hiss etdiyini söyləyib:
“Məsuliyyətli insanam. İnsan olmaq məsuliyyətli olmaqdır. Mənim məsuliyyətlərim var. 18 ildir atam, 5 ildir anam yoxdur. Amma hələ də onları yanımda hiss edirəm. Danışanda sözlərimə fikir verirəm. Nəsə xoş olmayan desəm, onlara təsir edər.
Çətindir, rahat yaşamağa mane olur, amma nə edək? Bu, mənim xasiyyətimdir, dəyişə bilmərəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 08 Sentyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















