Icma.az
close
up
RU
Azərbaycanda xaos mümkün deyil

Azərbaycanda xaos mümkün deyil

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

III Şuşa Qlobal Media Forumunun özünün keçirilməsi, ənənəvi xarakteri və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı əsasən beynəlxalq ictimaiyyət və siyasi qüvvələrə strateji siqnal və bir xəbərdarlıq idi. İlham Əliyev həm də bir növ xəbərdarlıq etdi ki, xarici qüvvələrin Azərbaycan üçün arzuladığı risklər-planlar mənasız və keçərsizdir. Yəni, Azərbaycanda xaos mümkün deyil və artıq bu ehtimal belə müzakirə edilmir. Ancaq inkaredilməzdir ki, problem və təhdidlər Qərbdən, Şimaldan və Cənubdandır. Fikrimcə, bu, Prezident İlham Əliyevin diplomatik dillə dediklərinin nəticəvi məzmunudur.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, Prezident həm də media, jurnalistika haqqında çox vacib fikirlər səsləndirdi, çağırışlar etdi – bu dövr “sadəcə informasiya ötürmək dövrü” deyil. Media strukturlarının məsuliyyəti var: “doğru danışmaq, obyektiv olmaq, beynəlxalq hüququ əsas götürmək.” Sözsüz ki, Prezident İlham Əliyevin mesajını, çağırışlarını ümumən qərəzli və ikili standartlara uyğunlaşdıran Qərb media strukturlarına, jurnalistlərə ünvanladığı aydındır. Artıq əksər Qərb informasiya nəhənglərinin obyektivliyi, mənbə etibarlılığı etimad doğurmur:

"Forumda Prezidentin çıxışında ən ciddi geosiyasi mesaj Zəngəzur dəhlizi ilə bağlı idi. İlham Əliyevin “bu dəhlizin ilkin potensialı 15 milyon ton yüktür” ifadəsi iqtisadi imkanların mesajı yox, məcburi geosiyasi nəticəsi barədə açıqlama idi. Yəni, əslində Prezident dedi ki, Ermənistanın və bəzi xarici qüvvələrin iradəsindən asılı olmayaraq Zəngəzur məhz dəhliz formasında açılacaq və üstəlik, Türkiyə və Asiya daxil olmaqla dünyaya iqtisadi mənfəət də verəcək.

Əlbəttə ki, Zəngəzur dəhlizi Ermənistanın da maraqlarına uyğundur. Ermənistan daxilində dəhliz əleyhdarları lokal psixoloji xarakterlidir. Əslində, Ermənistan “müqaviməti” xaricdən qaynaqlanır – hansı ki, Ermənistana sevgidən yox, Azərbaycanın və onun müttəfiqlərinin hərbi-siyasi və iqtisadi cəhətdən daha da güclənməsindən ehtiyatlanır. Heç bir müqavimət Zəngəzur dəhlizinin açılmasını dayandıra bilməz. Azərbaycan istəyini təkcə diplomatik və iqtisadi vasitələrlə yox, hərbi və geosiyasi rıçaqlarla reallaşdırır. Düşünürəm, Prezident İlham Əliyevin ritorikası həm də Qərbi Azərbaycanı da əhatə edən, bütünlüklə regionun taleyi ilə bağlı praktik strategiyaya əsaslanır.

Forumda Prezident İlham Əliyevin ukraynalı jurnalist Dmitri Qordona cavabı və işğalla bağlı Ukrayna xalqına “işğalla barışmayın” məsləhəti və üstəlik Forum çərçivəsindəki çıxışında Rusiyanın Qroznıda vurduğu Azərbaycanın sərnişin təyyarəsinə görə “Təyyarəmizin vurulmasını unutmayacağıq – Rusiya cavab verməlidir!” tələbi Azərbaycanın özünə arxalandığı və iqtisadi, hərbi və diplomatik güclü potensiala malik olan bir dövlət olduğunu bir daha ortaya qoyur. Əminliklə demək olar ki, İlham Əliyevin ritorikası rəsmi Bakının bütövlükdə yeni “güc dili”dir.

Prezidentin Avropanın enerji təhlükəsizliyində Azərbaycana ehtiyacı barədə açıqlaması və yaşıl və bərpa olunan enerji üzrə Azərbaycanın praktik layihələri Azərbaycanı təkcə enerji ixracatçısı deyil, ümumi enerji siyasətini formalaşdıran ciddi bir aktor kimi təsdiqləyir".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 İyul 2025 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri