Icma.az
close
up
RU
Azərbaycanda Komplayens Assosiasiyası yaradılıb

Azərbaycanda Komplayens Assosiasiyası yaradılıb

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın hüquqi və biznes mühitində yeni təşəbbüs — “Komplayens Assosiasiyası” İctimai Birliyi fəaliyyətə başlayıb.

"APA-Economics" xəbər verir ki, Birlik Azərbaycan Respublikasının Ədliyyə nazirliyi tərəfindən 10 iyul 2025-ci il tarixində dövlət qeydiyyatına alıb.

Assosiasiyanın məqsədi komplayens sahəsində qabaqcıl təcrübələrin tətbiqini təşviq etmək, müxtəlif sektorlar üzrə risklərin idarə olunmasına dəstək vermək, biznes etikasını gücləndirmək və peşəkar kadr potensialının artırılmasına töhfə verməkdir.

Bu məqsədlə də qurum biznes subyektlərinin yerli və beynəlxalq qanunvericiliyə uyğun fəaliyyətini dəstəkləməyə yönələn mexanizmlər hazırlayır. Maliyyə və qeyri-maliyyə sektorunda baş verə biləcək komplayens və requlyativ riskləri proaktiv şəkildə müəyyən edərək, bu sahədə özəl və dövlət qurumları arasında əməkdaşlığı təşviq etməyi hədəfləyir. Etik davranış prinsiplərinin qorunması və daxili siyasətlərin inkişaf etdirilməsi birliyin əsas prioritetlərindən biridir. Eyni zamanda birliyin məqsədi komplayens sahəsində çalışan mütəxəssislərin peşəkarlığının artırılmasıdır. Bu səbəbdən də mütəxəssislərin inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində birlik tərəfindən təlim və tədbirlər planı da hazırlanır.

Qeyd edək ki, “Komplayens Assosiasiyası” yerli və beynəlxalq komplayens standartlarının ölkə üzrə tətbiqinə dəstək verəcək. Birliyin idarə olunmasında strateji baxışa, peşəkar qərarverməyə əsaslanan İdarə Heyəti formalaşdırılıb. Belə ki, Assosiasiya bu sahədə böyük təcrübəsi və peşəkar bacarıqları ilə seçilən mütəxəssislər Kamal Abdullayev, Almaz Musayeva və Leyla Səlimzadə tərəfindən yaradılıb.

Kamal Abdullayev maliyyə sahəsində geniş təcrübəyə malikdir. O, 2023-cü ilin noyabr ayından etibarən “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü və Baş Komplayens İnzibatçısı kimi fəaliyyət göstərir. Onun peşəkar yanaşması və sistemli idarəetmə bacarığı Assosiasiyanın strateji istiqamətlərinə önəmli dəyər qatır.

Assosiasiyanın digər təsisçisi Almaz Musayeva 2021-ci ildən etibarən “ACAMS Euroasia Chapter”in İdarə Heyətinin üzvü olmaqla yanaşı, Kapital Bank ASC-də Komplayens Departamentinin Direktoru vəzifəsini icra edir. Onun beynəlxalq komplayens platformalarında təmsil olunması Assosiasiyanın qlobal təcrübəyə inteqrasiyasına şərait yaradır.

Birliyin təsisçi və icraçı direktoru maliyyə, xüsusən də bank sahəsində 20 illik təcrübəyə malik olan Leyla Səlimzadədir. O, hazırda “Rabitə Bank” ASC-də Komplayens Departament Direktoru vəzifəsində çalışır. Onun sahə üzrə dərin bilikləri və idarəetmə təcrübəsi Assosiasiyanın operativ fəaliyyətində mühüm rol oynayır.

Assosiasiyanın İdarə heyətində maliyyə sektorunun nüfuzlu mütəxəssisləri yer alıb.

Aytac Qasımova — “Pasha Holding” MMC-də Qrup üzrə Hüquq və Komplayens Direktoru vəzifəsində çalışır. Onun hüquqi uyğunluq sahəsindəki dərin təcrübəsi Assosiasiyanın normativ strukturunun inkişafına əhəmiyyətli töhfə verir.

Nurlan Kərimov — Deloitte Azərbaycanda İdarəedici Partnyor olaraq fəaliyyət göstərir. O, Assosiasiyada korporativ idarəetmə və beynəlxalq risk standartlarına inteqrasiya üzrə mütəxəssis kimi təmsil olunur.

Xəyalə Nağıyev — Azərbaycan Yaşıl Enerji Şirkəti MMC-də Baş Maliyyə Direktoru və İcraçı İdarə Heyətinin üzvüdür. Onun maliyyə sahəsindəki strateji baxışı Assosiasiyanın dayanıqlı maliyyə planlamasında mühüm yer tutur.

Niyaz İsmayılov — “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri olaraq geniş rəhbərlik və risk idarəetməsi təcrübəsinə malikdir. O, Assosiasiyanın təşkilati dayanıqlığını gücləndirən əsas fiqurlardan biridir.

Almaz Musayeva — “Kapital Bank” ASC-də Komplayens Departamentinin Direktoru və eyni zamanda “ACAMS Euroasia Chapter”in İdarə Heyətinin üzvüdür. Beynəlxalq komplayens platformalarında təmsilçiliyi və peşəkar töhfəsi Assosiasiyanın qlobal təcrübəyə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

Birliyin yaradılmasında və gələcək fəaliyyətində təşəbbüskarlıq göstərən heyətin məqsədi ölkədə komplayens sahəsinin inkişafına, biznes mühitində etik davranışların təşviqinə və risklərin effektiv idarə olunmasına töhfə verməkdir. “Komplayens Assosiasiyası” İctimai Birliyi yaxın zamanda ictimaiyyətə açıq tədbirlər, təlimlər və maarifləndirici layihələrlə çıxış etməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri