Icma.az
close
up
RU
NEQSOL Holding Risklərin İdarə Edilməsi və Komplayens Funksiyalarını Rəqəmsallaşdırır

NEQSOL Holding Risklərin İdarə Edilməsi və Komplayens Funksiyalarını Rəqəmsallaşdırır

Report.az saytına istinadən Icma.az xəbər verir.

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu Korporativ İdarəetmə, Risklərin İdarə Edilməsi və Komplayens (GRC) funksiyalarını rəqəmsallaşdırmaq üçün Swiss GRC şirkəti ilə mühüm müqavilə imzalayıb.

Bu tərəfdaşlıq, bazarın aparıcı iştirakçıları arasında fərqlənən Swiss GRC-nin təkliflərinin və platforma imkanlarının önə çıxdığı, yüksək rəqabətli və geniş qiymətləndirmə prosesinin nəticəsidir.

İlkin mərhələdə NEQSOL Holding özünün artıq inkişaf etdirilmiş sahələri üzrə - Korporativ Risklərin İdarə Edilməsi, Komplayens, SƏTƏM, Daxili Nəzarət, İnsidentlərin İdarə Edilməsi və digər – Swiss GRC modullarını tətbiq edəcək.

Bu addım, NEQSOL Holding və onun tərkibindəki şirkətlər – Azerconnect Group, Bakcell, Vodafone Ukrayna və Norm – üçün öz biznes proseslərini təkmilləşdirmək və davamlı inkişafı dəstəkləmək istiqamətində növbəti nailiyyətdir.

Tərəfdaşlıq haqqında danışan NEQSOL Holding-in Baş Maliyyə Direktoru və NEQSOL Holding Azərbaycan-ın Rəhbəri İmran Əhmədzadə bildirib: “Bu, Holdinq üçün vacib addımdır, çünki Risklərin İdarə Edilməsi, Korporativ İdarəetmə və Komplayens sahələrində bizim qabaqcıl mövqelərimiz və inkişaf səviyyəmiz daha təkmil rəqəmsal alətlərin tətbiqini tələb edir. Swiss GRC ilə bu tərəfdaşlığın NEQSOL Holding-in bütün şirkətlərində bu sistemləri tam rəqəmsallaşdırmağa kömək edəcəyinə inanırıq.”

NEQSOL Holding-də Risklərin İdarə Edilməsi üzrə rəhbər Samir Kərimov qeyd edib: “Swiss GRC həllərinin tətbiqi bizə bütün biznes sahələrində riskləri nəzarətdə saxlamaq və idarə etmək üçün etibarlı bir platforma təqdim edəcək. Bu platforma prosesləri daha səmərəli edəcək, şəffaflığı artıracaq və risklərin daha yaxşı idarə olunmasına imkan yaradacaq.”

Swiss GRC-nin Baş Direktoru Besfort Kuqi bu mühüm hadisənin əhəmiyyətini qeyd edib: “NEQSOL Holding-i əsas beynəlxalq müştərilərimizdən biri kimi qarşılamaqdan qürur duyuruq. Hərtərəfli qiymətləndirmə prosesi platformamızın və xidmətlərimizin gücünü əks etdirir, və biz NEQSOL Holding-in GRC sahəsində iddialı təşəbbüslərini dəstəkləməyi səbirsizliklə gözləyirik. Bu, Swiss GRC üçün qlobal miqyasda genişlənməyə davam etdiyimizi göstərən mühüm bir nailiyyətdir.”

Swiss GRC-nin MEA & APAC üzrə Baş Meneceri Rajeev Dutt əməkdaşlığın strateji dəyərini vurğulayıb: “NEQSOL Holding kimi bir qrupla tərəfdaşlıq, GRC Toolbox-un hərtərəfli və geniş miqyaslı olduğunu təsdiq edir. Bu əməkdaşlıq təşkilatlara fərqli normativ mühitlərdə effektiv fəaliyyət üçün innovativ həllərin təqdim edilməsinə sadiqliyimizi nümayiş etdirir.”

Swiss GRC platforması NEQSOL Holding-ə riskləri proaktiv idarə etmək, hesabatlılığı artırmaq və bütün qrup üzrə əməliyyat dayanıqlığını gücləndirmək imkanı verir. Fərdi ehtiyaclara uyğun hazırlanmış modulların istifadəsi, Swiss GRC-nin müxtəlif və böyük təşkilatların xüsusi ehtiyaclarına uyğun həllər təqdim etmək qabiliyyətini əks etdirir.

NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Əlavə məlumat üçün: www.neqsolholding.com .

Baş ofisi İsveçrənin Lucerne şəhərində olan Swiss GRC Korporativ İdarəetmə, Risklərin İdarə olunması və Komplayens (GRC) həlləri üzrə aparıcı təminatçıdır. Əlavə məlumat üçün: www.swissgrc.com .

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri