Icma.az
close
up
RU
Azərbaycanda koronivurus yayılır Yenidən qapanma olacaq? AÇIQLAMA

Azərbaycanda koronivurus yayılır Yenidən qapanma olacaq? AÇIQLAMA

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında hal-hazırda Azərbaycanda COVID-19 infeksiyasının "Omikron" ştamının mövcud olduğunu bildirib:

"Azərbaycanda, həm də bir çox digər ölkələrdə COVID-19 infeksiyasının "Omikron" variantının bəzi altnövləri hələ də dövriyyədədir. Bu ştamlar yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, sağlam və immun sistemi normal olan insanlarda xəstəlik əsasən yüngül keçir və bir neçə gün ərzində sağalma ilə nəticələnir.

Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması, öskürək, oynaq və əzələ ağrıları ilə müşahidə olunan hallar isə əksər hallarda müxtəlif respirator virus infeksiyaları ilə bağlıdır. Bu viruslar əsasən hava-damcı yolu ilə yayılır və xüsusilə insanların sıx toplaşdığı məkanlarda sürətlə yoluxma halları baş verir.

Bu cür simptomlarla müşahidə olunan infeksiyalar çoxdur və onların gedişatı şəxsin fərdi xüsusiyyətlərindən - xüsusilə immun vəziyyətindən asılı olaraq dəyişə bilər".

Bəs "Omikron" variantının yayılması qapanmaların tətbiq olunmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, bəzi xəstələrin bədənində "Omikron" ştammının mutasiya variantı qalır:

"Əvvəla qeyd edim ki, bu "Omikron" ştamının çoxsaylı mutasiya variantları zaman-zaman peyda olur və nəyə görə biz "Omikron"dan sonraki ştamları bu cür adlandırmırıq. Çünki qlobal pandemiya onun ilə bitdi. Sonrakı epidemik ocaqlar ayrı-ayrı yerlərdə, müxtəlif dövrlər pandemiya olmadığına görə həmin o yunan hərflərini adlandırılmır. Amma "Omikron"un mutasiya variantları davam edir. Buna şəbəb vətəndaşlar vaksinasiya olunsa da, infeksiya zəncəri qırılsa da, hələ virus HİV-li xəstələrdə, terminal xəstələrdə, imun sistemi çox zəif olan xəstələrdə, immunosupressiya fonunda olan xəstələrdə, məsələn, orqan köçürülmüş, sonra müxtəlif autoimmun xəstəlik olan hansılar ki dərman qəbul edirlər, bütün bunlar müəyyən bir fondur. Bu xəstələrdə virus bədəndə qalır, hüceyrələrdə mutasiyaya uğrayır və yeni bir formada insanları yoluxdurur.  Cəmiyyətdə problem yaradan da budur”.

Professor bu gün Azərbaycanda yayılan virusun "Omikron" ştamının mutasiya variantı olduğunu deməyimiz fərziyə ola bilər deyə qeyd edib:

"Bu gün Azərbaycanda yayılan virusun "Omikron" ştamının mutasiya variantı olan "İnfluenza", "parvovirustur" və yaxud digər başqa bir qrip virusudur demək üçün bunu birmənalı olaraq rəsmi qurumlar mikroskop altına identifikasiya edib, sonra camaata məlumat verməlidir. Bizim bunu belə deməyimiz bir fərziyə olacaq".

Virusa yoluxma halları artarsa yenidən karantin qaydalarının tətbiq olunmasına, qapanmaların olmasına səbəb ola bilərmi sualına Adil Qeybulla hələlik bu cür ehtimalın olmadığını bildirib:

"Karantin ehtimalı hələlik yoxdur, çünki karantin məsələsi Dünya Səhiyyət Təşkilatının tövsiyyəsi əsasında həyata keçirilə bilər. Biz dünya təcrübəsinə müraciət edirik ki, orada vəziyyət necədir? Bu vəziyyəti nəzərə alaraq biz analoji bir qərar verə bilərik. Amma hələlik mən bunun qorxusunu görmürəm. Amma bunun ilə yanaşı da əlbəttə virusun bu şəkildə mutasiya variantları davam edirsə, biz çalışmalıyıq ki, mümkün qədər yoluxma sayını azaldaq. Yoluxma sayını azaltmaq, karantin qaydalarına əməl etmək, əlləri yumaq, məsafə gözləmək, maska taxmaq, yoluxan şəxs ilə təmasları azaltmaq lazımdır. Yəni, bütün bunları etsək, təmaslar azalsa, təbii ki, virusunda bir orqanizmdən digərək köçmək və orada lövbər salmaq imkanları olmayacaq”.

Günel Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 İyul 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri