Icma.az
close
up
RU
Azərbaycanda yenidən yay qış saatına keçilir? AÇIQLAMA

Azərbaycanda yenidən yay qış saatına keçilir? AÇIQLAMA

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bildiyimiz kimi, saatın yay və qış vaxtına keçidi qaydası bir çox ölkələrdə qalıb. Mövcud məsələ Azərbaycanda da zaman-zaman müzakirə edilir. Hətta bəzi ölkələr bu sistemdən imtina etsə də, sonra yenidən tətbiq etməyə başlayıb. Maraqlıdır ki, 2016-cı ildən ölkəmizdə standart rejim tətbiq olunsa da, bir sıra vətəndaşlar saatın yay və qış vaxtına keçirilməsini dəstəkləyir.

Sistem yenidən tətbiq edilə bilərmi? Ümumiyyətlə, hansı rejim daha faydalıdır?

Globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, əslində, tam subtropik olmayan və mülayim iqlim qurşağında Günəşin çıxması və batması məsələsi problemdir.

O düşünür ki, saatın qış və ya yay vaxtına keçirilməsi önəmli deyil:

Ənvər Əliyev

“Bu, artıq bizdə stabilləşib. Hazırda ölkədə nə zavod, nə fabrik, nə növbəli sistem var. Əvvəl 3 növbəli iş rejimləri olurdu, amma bunlar keçmişdə qalıb. Saat dəyişiləndə qrafik və rejim də dəyişir. Əvvəl nizam-intizam var idi, indi qayda-qanunda boşluqlar mövcuddur. Əgər biz hazırkı saat rejiminə vərdiş etmişiksə, yenidən dəyişmək məsləhət deyil. Təbii ki, hökumət qərar versə, dəyişəcək”.

İqlimşünas Məhərrəm Mehdiyevin sözlərinə görə, keçmiş zamanda insanlar saat olmadan rahat yaşayıblar:

“Baxın, saatlar icad olunmayana qədər insanlar işlərini rahat tənzimləyirdilər. Məsələn, əcdadlarımız saatsız yaşayıblar. Hətta onlar Ramazan ayında havaya uyğun sübh vaxtı imsaka oyanar, birinci ulduz görünəndə axşam iftar edərdilər və sair. Yəni dünyəvi və təbiətə uyğun yaşayıblar. Ona görə də fikrimcə, saat dəyişməkdə nəsə xeyirli bir şey yoxdur. Əksinə, bəlkə də ziyanı var”.

Məhərrəm Mehdiyev

İqlimşünas deyib ki, saatı dəyişməyə ehtiyac yoxdur:

“Əvvəl dədə-babalarımız necə yaşayıbsa, ona uyğun da biz yaşaya bilərik. İnsan təbiətin verdiyi Günəş, işıq, gecə, gündüz vaxtlarına görə yaşamalıdır. Bunu isə saat tənzimləmir. Bunları nəzərə alıb, saatı olduğu qaydada saxlamaq lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri