Icma.az
close
up
RU
Azərbaycanda körpə ölümləri niyə artıb? 1287 uşaq...

Azərbaycanda körpə ölümləri niyə artıb? 1287 uşaq...

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda körpə ölümlərinin sayında artım müşahidə edilir. Nəticədə son illər bu sahədə əldə olunan müsbət göstəricilər geriləməyə doğru gedir. Təkcə Zaqatala rayonunda qısa müddətdə 4 yeni doğulmuş körpənin ölüm faktı qeydə alınıb. Hazırda hüquq-mühafizə orqanları həmin faktlarla bağlı araşdırmalar aparırlar. Körpə ölümlərinin artmasını statistik məlumatlar da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə bir yaşınadək ölən uşaqların sayı 2 039 nəfər təşkil edib. Bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur. Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib. 2023-cü ildə ölkə üzrə bir yaşınadək həyatını itirən uşaqların sayı 2022-ci ilə nisbətən iki dəfədən çox artıb. Belə ki, 2022-ci ildə bir yaşadək həyatını itirən uşaqların sayı 959 olub.
Bəs görəsən, ölkəmizdə körpə ölümləri niyə artıb? Körpələrdə ölüm faktı daha çox hansı səbəblərdən yaranır?

1287 uşaq perinatal dövrdəki problemlərdən dünyasını dəyişib

Statistik məlumatlara əsasən, ötən il 2 039 nəfər uşağın əksəriyyəti, təxminən 63 faizi (1 287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən dünyasını dəyişib. Tənəffüs sistemi xəstəlikləri səbəbindən 187 uşaq həyatını itirib. Bu səbəbdən həyatını itirən uşaqların maksimum göstəricisi 2000-ci ildə 979 nəfəri təşkil edib. Eyni zamanda bir yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları), 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib.

Dövlət tibb müəssisələrində bu testlər pulsuzdur

Pediatr-neonatoloq Nazilə Hüseynova deyir ki, yeni doğulan körpələrdə müxtəlif problemlər müşahidə oluna bilər: “Məsələn, yeni doğulan körpələrdə sarılıq tez-tez rast gəlinən vəziyyətdir. Sarılığın fizioloji və patoloji növləri olur. Fizioloji sarılıq əsasən uşaq həyatının 2-3-cü sutkasında müşahidə edilir və təqribən 2-3 həftədə tamamilə aradan götürülür. Patoloji sarılıq fizioloji sarılıqdan fərqli olaraq daha tez, əsasən həyatın ilk sutkalarında qeyd olunur və uzun müddət davam edir. Patoloji sarılıq müxtəlif xəstəliklərin, o cümlədən ana ilə uşaq arasında qrup və rezus üzrə uyğunsuzluq, qaraciyər və öd axarları, infeksion, irsi xəstəliklər, doğuş travmaları nəticəsində inkişaf edir”.
Mütəxəssis deyir ki, körpələrdə xəstəliklərin vaxtında aşkarlanması üçün ən yaxşı üsul topuq testinin tətbiqidir: “Bu testlə endikrinoloji pozğunluqlar verə bilən 35-ə yaxın xəstəlik aşkarlana bilər. Bu testi verməklə valideynlər heç nə itirmir. Tam əksinə, əgər körpədə hər hansı bir xəstəlik varsa, bu vaxtında aşkarlanır və mütəxəssislər tərəfindən müdaxilə edilir. Biz ailələrə bu testi tövsiyə edirik. Dövlət tibb müəssisələrində bu testlər pulsuzdur”.

“Həkimə gec müraciət edirlər”

Tanınmış pediatr Vaqif Qarayev bildirir ki, südəmər uşaqlar adətən tənəffüs sistemi, mədə-bağırsaq, mərkəzi sinir sistemi, genetik xəstəliklər səbəbindən ölürlər: “Bu, bütün dünyada, o cümlədən Azərbaycanda da belədir. Çünki sadaladığım sistemlər erkən yaşda tam mükəmməl olmur və uşaqlar xəstəliyə çox meyil edirlər. Xüsusilə, uşaq orqanizmi infeksion xəstəliklərə daha çox meyilli olur. Amma bizdə həkimə gec müraciət etmək kimi praktika da var. Əksər valideynlər uşaqlarının sağlamlığına biganədirlər. Mütəmadi olaraq uşaqlarla işlədiyim üçün bu qənaətə gəlmişəm. Uşaq orqanizminin müqavimət sistemi tam formalaşmadığı üçün ağırlaşmalar baş verir. Məsələn, pnevmoniyaya vaxtında müdaxilə olunmasa, körpə həyatını itirir. Eləcə də mədə-bağırsaq infeksiyalarına vaxtında müdaxilə olunmasa, qusma və ishaldan uşaq orqanizmi susuzlaşır. Nəticədə ölüm hadisəsi baş verir".

Risk faktorları nəzərə alınmalıdır

Həkim qeyd edir ki, uşaqların sağlam olması üçün bəzi məqamlara diqqət yetirilməsi zəruridir: "Öncəliklə, ailə planlaşdırılması düzgün aparılmalıdır. Risk faktorları nəzərə alınmalıdır. Tutaq ki, ananın yaşı 35-dən yuxarıdırsa, hamiləlik riskli olacaq. Əvvəlki hamiləlikdə ölü doğulma, qanaxma kimi hallar qeydə alınıbsa, riskli hamiləlik faktoru yüksəkdir, erkən və qohum nikahlar risk yaradır. Biz son vaxtlar irsi-genetik xəstəliklərin həddindən artıq çoxaldığını da müşahidə edirik. Artıq uşaqlar xəstə doğulurlar. Bunun müzakirəsi illərdir gedir. Son vaxtlar qohum evlilikləri ilə bağlı böyük bir ajiotaj yaşandı və qanunla qan qohumlarının nikahını qadağan elədilər".

“İnsanlar bəhanə etməsinlər ki, pulumuz yoxdur”

V.Qarayev vurğulayır ki, hamilə qadın mayalanma günündən uşaq doğulana qədər mütləq həkim nəzarətində olmalıdır: "Hamiləlik zamanı keçirilən infeksiyalar birmənalı olaraq dölə, onun immun sisteminə təsir edir. İcbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda əhalinin tibbi xidmətə əlçatanlığı xeyli artıb. Yəni insanlar bəhanə etməsinlər ki, həkimə getməyə pulumuz yoxdur. Hamilə qadın mütləq qadın məsləhətxanalarında nəzarət altında olmalıdır. Bir dəfə də olsun həkim qapısı döyülmür, doğulanda da bəlli olur ki, uşaq ya yarımçıq, ya da ağır patologiya ilə doğulub”.

Uşaq ölümlərinin statistikası sistemləşdirilməlidir

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, uşaq ölümlərinin statistikasının sistemləşdirilməsinə ehtiyac var: “Bir şeyi nəzərə almaq lazımdır ki, ötən il ölkədə qızılca epidemiyası yayılmışdı və bu xəstəlik uşaqlar arasında xeyli ölüm hallarına səbəb oldu. Eyni zamanda, son illər uşaqlar başa çatmayan koronovirus pandemiyasından əziyyət çəkdilər. Yəni belə bir qarışıq vəziyyətdə statistikanın sistemləşdirilməsinə ehtiyac var. Uşaqların daha çox hansı xəstəliklərdən dünyasını dəyişdiyi ətraflı təhlil olunmalıdır. Bununla bağlı Səhiyyə Nazirliyinin müvafiq strukturları iş aparmalıdırlar”.

Professor qeyd edir ki, doğuşdan əvvəl və doğuşdan sonrakı uşaq ölümləri də fərqləndirilməlidir: “Məsələn, perinatal dövrdə uşaq ölümləri daha çox hamiləliyin patologiyasına bağlıdır. Hazırda Azərbaycanda normal keçən hamiləliyə çox az təsadüf edilir. İstər ana orqanizmində, istər hamiləliyin gedişi boyu vaxtında aşkar olunmayan patoloji dəyişikliklər doğuş zamanı və daha sonra körpə ölümü ilə nəticələnir”. ("Kaspi".az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://publika.az
archiveBu xəbər 14 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri