Azərbaycanda ana və uşaq ölümləri artıb Komitə sədri
Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik".
"Medicina" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
"Ölkəmizdə 2000-ci ildə qadın məsləhətxanaları və qadın məsləhətxanası olan tibb müəssisələrinin sayı 313 idi. 2023-cü ildə isə onların sayı 3 dəfə azalaraq 106-ya düşüb. Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik. Ana və uşaqların sağlamlıqlarının qorunması baxımından belə müəssisələrin sayının artması, bu sahədə peşəkar kadrların hazırlanması, xüsusilə onların kənd yerlərində işləməsi üçün imkanların yaradılması məqsədəuyğun olardı", - deyə komitə sədri bildirib.
Baxış sayı:121
Bu xəbər 20 Noyabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















