Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanəti veriləcək
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizmi istifadəyə verilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov deyib.
"Fond tərəfindən qiymətli kağızlar bazarında aparılan təhlillər göstərib ki, bu sahədə olan əqdlərdə bir çox hallarda təminatla bağlı problem yaşadığı üçün sahibkarlıq subyektləri emissiya etdikləri istiqrazları yerləşdirə bilmirlər. Bunun nəticəsində istiqrazlara təminatların verilməsi mexanizmi üzərində işlərə başladıq və bu qaydalar artıq təsdiq edilib. Artıq ilk sahibkarlıq subyekti ilə danışıqlar aparılır və zəmanətlə bağlı müvafiq bildiriş göndərilib, sahibkarlıq subyekti ilə zəmanət müqaviləsi bağlanıb", - E. Kərimov bildirib.
Onun sözlərinə görə, mexanizmin mahiyyəti, bir növ əlavə borclanma üsulu olaraq formalaşdırılan məhsuldur: "Korporativ istiqrazlara zəmanət mexanizmi çərçivəsində Fondun təminatı 60%-ə qədərdir, çünki, bankların emissiya etdiyi istiqrazlardan fərqli olaraq daha riskli hesab olunur".
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 13.3% artaraq 1 milyard 421.876 milyon manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 Oktyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















