Icma.az
close
up
RU
Azərbaycanda kredit faizləri aşağı salınacaq? CAVAB

Azərbaycanda kredit faizləri aşağı salınacaq? CAVAB

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bir müddət əvvəl faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Nəticədə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsinə endirilib.

Bu kontekstdə kommersiya banklarında kredit faizlərinin necə dəyişməsi məsələsi isə sual doğurur.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında bildirib ki, bu qərar Mərkəzi Bankın özü tərəfindən cəlb edilən və verilən resurslara tətbiq olunan faiz dərəcəsidir. Onun sözlərinə görə, kommersiya banklarının kredit faizləri isə bir neçə əsas amilə əsaslanaraq formalaşır. Bunlara cəlb etdikləri vəsaitin dəyəri, əməliyyat xərcləri, kreditlərin risk səviyyəsi, bazardakı tələb və təklif balansı, eləcə də əldə ediləcək mənfəət marjası və s. daxildir.

“Mərkəzi Bankdan banklara cəlb olunan vəsaitlərin, kommersiya banklarının ümumi maliyyə resursları içində xüsusi çəkisi kifayət qədər azdır. Bu səbəbdən, Mərkəzi Bankın faiz dəhlizində apardığı dəyişikliyin bazardakı kredit faizlərinə birbaşa və nəzərəçarpacaq təsiri gözlənilmir. Əgər təsir olsa belə, bu dəyişiklik çox cüzi olacaq və əksər vətəndaşlar tərəfindən hiss olunmayacaq”.

İqtisadçı ekspert əlavə edib ki, Mərkəzi Bank 2023-cü ilin dekabrından başlayaraq sərtləşdirici monetar siyasət həyata keçirib

“Bu son iki ildə həm kredit, həm də depozit faizlərinin artmasında bilavasitə rol oynayıb. Son qərarın isə kredit faizlərinin enməsinə real təsir göstərməsi ehtimalı aşağıdır. Bunu Mərkəzi Bank özü də etiraf edir ki, qurumun hazırkı şəraitdə faiz dərəcələri vasitəsilə bazara təsiri məhduddur”.

X.Kərimli həmçinin qeyd edib ki, məhdudiyyətlərin əsas səbəblərindən biri də iqtisadiyyatın struktur xüsusiyyətləri və manatın məzənnəsinin ABŞ dollarına fiks olunması ilə bağlıdır:

“Yəni iqtisadi modelin mövcud forması Mərkəzi Bankın statistik alətlərinin bazara ABŞ və Avropa ölkələrindəki kimi güclü təsir göstərməsinə imkan vermir. Bu baxımdan Mərkəzi Bank faktiki olaraq yalnız banklarla öz arasında həyata keçirilən maliyyə əməliyyatlarında tətbiq olunan faiz dərəcələrini tənzimləyir”,- deyə iqtisadçı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Avqust 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri