Bankların kredit faizləri aşağı salınacaq? VACİB AÇIQLAMA
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
"Azərbaycanda biznes və istehlak kreditləri üzrə faiz dərəcələrinin azaldılması vacibdir".
Bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, son dövrlərdə bank sektorunda kredit portfeli genişlənir və həm biznes, həm də istehlak kreditlərinə tələbat artır. Bununla yanaşı, kredit faizlərinin yüksək qalması bazarın əsas problemlərindən biri olaraq qalır:
"Faiz dərəcələrinə təsir edən əsas amillərdən biri depozit faizləridir. Hazırda əmanətlərin sığortalanan hissəsi üzrə yüksək faiz həddi bankların kredit siyasətinə də təsir göstərir. Eyni zamanda Mərkəzi Bankın uçot dərəcəsi də kreditlərin maya dəyərinin formalaşmasında mühüm rol oynayır.
Bank sistemində təxminən 3,8 milyard manat həcmində sərbəst vəsait mövcuddur. Həmin vəsaitlər kredit şəklində iqtisadiyyata yönəldilə bilsə də, risk faktorları səbəbindən banklar daha ehtiyatlı davranırlar.
Deputat hesab edir ki, kredit faizlərinin aşağı salınması inzibati müdaxilə ilə deyil, bazar mexanizmləri əsasında həyata keçirilməlidir. Tələb və təklif balansının formalaşması, risklərin azalması və maliyyə resurslarının ucuzlaşması faizlərin aşağı düşməsinə şərait yarada bilər".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 24 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















