Icma.az
close
up
RU
Azərbaycanda kredit faizləri də endirilir? Deputatdan REAKSİYA

Azərbaycanda kredit faizləri də endirilir? Deputatdan REAKSİYA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Mərkəzi Bank tərəfindən faiz dərəcəsinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.

Uçot dərəcələri 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib. Qərar sabahdan qüvvəyə minəcək.

Mərkəzi Bankın qərarını Modern.az-a şərh edən  Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, qərarın verilməsi bir tərəfdən inflyasiyanın proqnozlaşdırılan diapazonda dəyişməsi, digər tərəfdən isə qlobal iqtisadiyyatda və xüsusilə valyuta bazarındakı stabilliklə bağlıdır. 

Rəsmi açıqlamada deyilir ki, faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qərar qəbul edilib.

Deputatın sözlərinə görə, 2025-ci ilin geridə qalan dövründə həm valyuta bazarında, həm də makroiqtisadi səviyyədə stabillik qorunub saxlanılıb, bu baxımdan Mərkəzi Bankın faiz dərəcələrinə yenidən baxması və müəyyən düzəlişlər etməsi zəruri olub.

O həmçinin bildirib ki, eyni zamanda, inflyasiyanın proqnozlara uyğun olaraq sabit qalması da faiz dərəcəsinə aid parametrlərdə dəyişikliklərin edilməsini mümkün edib. 

“Qeyd etmək lazımdır ki, söhbət cəmi 0.25 faiz bəndi həcmində dəyişiklikdən gedir, bu da kəskin və ya ciddi dəyişiklik hesab olunmur. Lakin ilkin mərhələdə bu qərarın kredit bazarına əhəmiyyətli təsir göstərməsi gözlənilmir. Ümumilikdə, Mərkəzi Bankın qərarlarının sosial sahələrə, o cümlədən kredit faizlərinə təsir gücü yüksək qiymətləndirilmir”.

V. Bayramov əlavə edib ki, bu baxımdan, Mərkəzi Bankın faiz dərəcəsi üzrə parametrlərinin daha fəal şəkildə tənzimlənməsi və maliyyə bazarlarına təsir imkanlarının artırılması vacibdir: 

“Təəssüf ki, son dövrlərdə xüsusilə istehlak kreditlərində artım müşahidə olunmaqdadır. Bu kreditlərin faizlərində də artım qeydə alınır ki, bu da problemli kreditlərin həcminin genişlənməsi və vətəndaşların kredit öhdəliklərinin artması baxımından arzuolunan deyil”.

Deputat onu da qeyd edib ki, bu səbəbdən, Mərkəzi Bankın son qərarı valyuta bazarındakı mövcud tarazlığa uyğun şəkildə qəbul edilib. Lakin hazırda Mərkəzi Bankın sosial seqmentə, xüsusilə də kredit faizlərinə və digər maliyyə alətlərinə təsir imkanları yüksək qiymətləndirilmir.

Aytac Bəhruzqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri