Icma.az
close
up
RU
Deputatdan Palatanın hesabatına REAKSİYA

Deputatdan Palatanın hesabatına REAKSİYA

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bu gün müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə  fəaliyyəti haqqında Hesabatı” geniş və ətraflı təqdim etdiyi üçün hörmətli Vüqar müəllimə öz təşəkkürümü bildirirəm.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Rövşən Muradov bildirib.

"Qüvvədə olan qanunvericiliyə görə, Hesablama Palatasının fəaliyyəti 4 istiqamətdən ibarətdir və 2024-cü il ərzində həm audit, həm də qeyri-audit fəaliyyəti barədə icmal-statistik məlumatlar təqdim olunmuş Hesabata daxil edilib. Auditlərin əhatə dairəsini dövlət büdcəsinin gəlir və xərc parametrləri, borclanma və kəsirin maliyyələşdirilməsi mənbələri və əksər büdcədənkənar dövlət fondları təşkil edir. 

Fikrimcə, Hesablama Palatasının təqdim etdiyi hesabat məzmun baxımından geniş və əhatəlidir, kreativdir, eyni zamanda inklüziv və innovativdir, statistik və digər məlumatlarla zəngindir, həmçinin, yenilikçidir belə ki, Palata hesabat ilində audit və digər fəaliyyətlərində ilklərə də imza atıb.

Ümumiyyətlə, Palata hesabat ilində İcbari Tibbi Sığorta Fondundan başqa icmal büdcənin tərkibinə daxil olan bütün büdcədənkənar dövlət fondlarında audit aparıb.

Əvvəla, bu əhatəliyin genişlənməsi, dövlət maliyyəsinə ümumilikdə nəzarətin təmin edilməsi istiqamətində atılan mühüm addımdır və eləcə də, beynəlxalq reytinqlərdə Hesablama Palatasının timsalında dövlətin mövqeyinin yaxşılaşdırılmasına xidmət edəcək",-o deyib..

İkinci, hesabat Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Plan”ına görə, 2024-cü ildə yerinə yetirilən tədbirlər və onların icrasının maliyyə yükü üzərindən tərtib edilib və bu nəticə əsaslı büdcə modelinə nümunə kimi, dövlət maliyyəsində tam tətbiq edilmək üçün bir layihə olaraq da qəbul edilə bilər:

"Hesabatda Hesablama Palatasının fəaliyyətinin nəticələrini ehtiva edən kəmiyyət və keyfiyyət göstəricilərinin sayının artması müşahidə edilir. Belə olan halda, hesab edirəm ki, nəticə əsaslı çərçivənin nümunəsindən digər qurumlar da yararlana bilər. Hesabat ilində müəyyən edilmiş nöqsan və pozuntuların xarakteri ümumilikdə büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac yaradır. Bu ehtiyac isə dünyada dövlət maliyyəsinin idarə olunmasına dəyişən baxışları özündə ehtiva etməklə yanaşı, ölkəmizin də bu baxışlara uyğunlaşdırılmasını təmin etməlidir. Hesabatdan göründüyü kimi, digər bir məsələ qüvvədə olan hüquqi aktların tələblərinin icra vəziyyəti ilə bağlıdır. Hüquqi aktların müəyyən etdiyi tələblərə tam riayət olunmaması dövlət vəsaitlərinin ən yaxşı halda, düzgün xərclənməməsinə gətirib çıxarır. Bu da vəsaitlərin səmərəliliyinin və nəticəliyinin təmin olunmasında ən böyük maneə sayıla bilər. Bu məsələ qurum rəhbərlərinin birbaşa məsuliyyət dairəsinə aid olduğu üçün, həm də dövlət maliyyəsində fəaliyyət göstərən kadr potensialı ilə də bağlıdır. Belə ki, kadr hazırlığının yüksək təşkili, göstərilən bir çox nöqsanların aradan qaldırılmasına və ya ən azı miqyasının və əhatə dairəsinin azaldılmasına gətirib çıxarar. Bu istiqamətdə də işlərin görülməsi birbaşa qurum rəhbərlərinin funksiyalarına daxildir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri