Icma.az
close
up
RU
Azərbaycanda kredit kartlarına maraq azalır Ekspert səbəbləri açıqladı

Azərbaycanda kredit kartlarına maraq azalır Ekspert səbəbləri açıqladı

Icma.az, Olke.az saytına istinadən bildirir.

"Son illər Azərbaycanda nağdsız ödənişlərin həcmi artsa da, kredit kartları bazarında əks tendensiya müşahidə olunur. Nağdsız ödəniş kredit kartları demək deyil, nağdsız ödəniş əsasən elektron portallar vasitəsilə ödəniş, eləcə də marketlərdə və alış-veriş mərkəzlərində vətəndaşların nağdsız ödənişə üstünlük verməsi daxildir. Bu isə ölkədə nağdsız ödənişlərin getdikcə daha çox populyarlaşdığını göstərir. Hazırda nağd ödənişlər ikinci planda qalır".

Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Ölkə.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qısa bir müddət ərzində nağdsız ödənişlərin təşviqi Mərkəzi Bank tərəfindən, maliyyə-kredit siyasətimiz tərəfindən öz effektini verib:

"Nağdsız ödənişlərin artması, qeyd etdiyim kimi, kredit kartlarının artması hesabına baş vermir. Hal-hazırda daha çox debet kartlarına üstünlük verirlər. Bu, əməkhaqqı kartlarıdır, depozit kartlarıdır və s.

Və ödənişlərdə kredit kartlarından istifadə etməkdən vətəndaşlar bir formada çəkinirlər. Nəyə görə çəkinirlər? Çünki kredit kartları çox ciddi xərclərlə müşayiət olunur. Sonradan həmin kredit kartlarında edilmiş xərclərin yerini, belə deyək, kompensasiya etmək, ödəmək insanları əlavə maliyyə xərclərinə, çətinliklərinə düçar edir. Bu baxımdan vətəndaşlar özləri ilk növbədə kredit kartlarına ehtiyatlı yanaşmağa başlayıblar.

Ölkədə 2026 və 2027-ci illərdə xərclərin optimallaşdırılması ilə bağlı tələblərdən irəli gələn bir məsələdir. Ailə büdcələrində də xərclər optimallaşdırılır və qənaət mexanizmi tətbiq olunur. Kredit kartları isə bu qənaət mexanizminin pozulmasıdır. Yəni kredit kartları insanları daha çox xərcləməyə sövq edən bir vasitədir və eyni zamanda kredit kartları iqtisadi aktivliyin nümunəsidir.

Yəni hansı ölkələrdə iqtisadi aktivlik güclüdürsə, daimi əməkhaqları və gəlirlər stabil şəkildə mövcuddursa, həmin ölkənin vətəndaşları daha çox kreditə, kredit kartlarına üstünlük verirlər".

"İkinci amil bankların öz yürütdüyü sərt siyasətdir. Əvvəllər kredit kartları daha yumşaq şərtlərlə verilirdi, daha böyük məbləğlərdə verilirdi. İndi isə bunun üçün müvafiq sərtləşdirmə tədbirləri görülüb ki, vətəndaşlar çox borclanmasın, istehlak borclarının ümumi çəkisi artmasın.

Bu da pul-kredit siyasəti baxımından olduqca, belə deyək, hal-hazırda öz bəhrəsini verir və həm inflyasiyanın qarşısını almaq baxımından, həm də eyni zamanda əlavə borc kütləsinin yaranmaması baxımından öz bəhrəsini verən addımlardır.

Hər bir dövr üçün, bir müştəri və yaxud vətəndaş fərq etməz, davranış qaydaları var. Bu davranış qaydalarının bir müddət əvvəlki forması daha çox kredit götürmək, daha çox xərcləmək idisə, indi ehtiyatlı davranış üstünlük kəsb edir və bu ehtiyatlı davranış da kredit kartlarına daha az müraciətlə səciyyələnir.

Düşünürəm ki, kredit kartlarının azalması, sayının azalması əslində nağdsız iqtisadiyyatın zəifləməsi və sıradan çıxması deyil. Əksinə, hal-hazırda, yuxarıda qeyd etdiyim kimi, iqtisadi münasibətlər, pul-kredit münasibətləri daha sağlam istiqamətdə təzahür edir. Banklar öz risklərini qoruyur, vətəndaşlar öz ailə büdcəsini planlayır və buna görə addımlar atırlar.

Hesab edirəm ki, indiki dövr üçün, həm qlobal inflyasiyanın olduğu bir zamanda, həm iqtisadi çətinliklər fonunda, həm də mövcud iqtisadi durum baxımından belə bir vəziyyət diktə edir ki, həm banklar öz pul-kredit siyasətlərini və kredit kartları siyasətini sərtləşdirsinlər, həm də vətəndaşlar bu istiqamətdə daha ehtiyatlı davransınlar.

Amma iqtisadi aktivlik artdığı zaman yenidən kredit kartlarının sayının artacağını proqnozlaşdırmaq olar. Hər şey ölkə iqtisadiyyatının aktiv fəaliyyətə keçməsi ilə bağlıdır. Bunun üçün də investisiyaların cəlbi, iş yerlərinin yaradılması, daha çox istehsalın həyata keçirilməsi, idxaldan çox ixracata dayanan iqtisadiyyatın qurulması baş verərsə, o zaman həm əməkhaqqı sistemində, həm də gəlirlər sistemində böyük dəyişikliklər baş verər və bu da kredit kartlarına müraciətlərin sayını artıra bilər", - deyə V.Oruc açıqlamasında qeyd edib. 

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyun 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri