Icma.az
close
up
RU
Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı

Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda banklardan götürülən kreditlərin həcmi artmaqda davam edir. Xüsusilə, istehlak kreditlərində müşahidə olunan artım əhalinin borclanmasının səbəbləri ilə bağlı suallar yaradır.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin iyul ayının sonunda Azərbaycanda bankların kredit portfeli 32 milyard 95,3 milyon manat təşkil edib. Kredit portfelinin 17 milyard 333 milyon manatı biznes, 10 milyard 36,8 milyon manatı istehlak, 4 milyard 725,5 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.

Maraqlıdır ki, istehlak kreditlərinin həcmi bir il ərzində 11,5 faiz artaraq 10 milyard manatı ötüb.

Bəs, əvvəlki dövrlərlə müqayisədə insanların bu qədər kreditə müraciət etməsi məcburiyyətdən irəli gəlir, yoxsa onların həyat standartları yüksəlib və yeni tələbatlarını qarşılamağa çalışırlar?

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Baku TV-yə danışan vətəndaşlardan biri kredit götürməyin artıq zərurətə çevrildiyini bildirib:

"Kreditsiz yaşamaq mümkün deyil. Kasıblar daha da kasıblaşırlar".

Digər vətəndaş isə kredit götürməyin məqsəddən asılı olduğunu deyib:

"Kimsə biznes qurur, kimisi də istehlak krediti götürür. Bu, insanın öz ağlından da asılıdır. Kimin nəyə ehtiyacı varsa, pulu ona sərf edir".

Başqa bir vətəndaş kreditlərə tələbatın artmasını həm həyat standartlarının yüksəlməsi, həm də müəyyən hallarda məcburiyyətlə əlaqələndirib:

"Tələbat, standartlar da bir az yüksəlib. Sonra əhalinin sayının artmasını da nəzərə almaq lazımdır. Burada zərurətdən doğan məcburiyyət də var. Vəziyyət elə gətirib çıxarır ki, məcbur qalıb kredit götürürsən".

Vətəndaşlardan biri isə əvvəlki illərlə müqayisədə insanların maddi vəziyyətinin pisləşdiyini bildirib:

"Əvvəllər görürdün ki, iş yerində lotereya oynayırdılar, kimsə kiməsə borc verirdi. İndi bunların heç biri yoxdur. Çünki heç kim heç kimə borc vermir. Hamının vəziyyəti çox acınacaqlıdır, maaşlar azdır. Ona görə də məcbur qalırsan kredit götürməyə. 10, 15, 20 il əvvəl yaşamaq üçün bu qədər kredit götürməyə ehtiyac yox idi. Onda standart həyat var idi. İnsanlar gələcəyin necə olacağını bilirdilər. Təminat çox idi. İndi isə zəifdir. Ona görə də kredit götürürlər, məcburdurlar".

Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli bildirib ki, əhalinin banklardan götürdüyü kreditlərin məbləğinin artması və bu tendensiyanın davam etməsi nə əhalinin varlanmasına, nə də yoxsullaşmasına işarə edir. Onun sözlərinə görə, bu göstərici əhalinin sosial vəziyyətini xarakterizə edən indikator deyil.

Ekspert qeyd edib ki, əhalinin öz tələbatlarını ödəmək üçün bank kreditlərindən getdikcə daha çox istifadə etməsinin bir neçə əsas səbəbi var:

"Səbəblərdən biri kreditlərin əlçatanlığının artmasıdır. Xüsusən elektronlaşma, avtomatlaşdırma, kreditlərin verilməsində süni intellektdən istifadə və rəqəmsal platformaların genişlənməsi bankların və maliyyə qurumlarının vətəndaşlar üçün əlçatanlığını artırır. Burada məsələ ondan ibarətdir ki, əvvəllər vətəndaşlar krediti, əsasən, iri layihələrə, ev və maşın almağa yönəldirdilərsə, indi artıq ən kiçik mətbəx və məişət avadanlıqlarını belə kreditlə almağa üstünlük verirlər. İnsanlar istehlaklarını təxirə salmırlar, dərhal hər şeyə sahib olmağa çalışırlar və bunu kreditlər vasitəsilə tənzimləyirlər".

Xalid Kərimlinin sözlərinə görə, ikinci əsas məqam vətəndaşların həyat standartlarının dəyişməsidir.

Ekspert bildirib ki, üçüncü amil pulun dəyərdən düşməsi və inflyasiyanın artmasıdır. Yəni vətəndaş zaman keçdikcə eyni məhsulu daha yüksək qiymətə almaq məcburiyyətində qalır.

İqtisadçı, həmçinin istehlak kreditləri ilə bağlı mövcud məhdudiyyətlərə diqqət çəkib:

"Banklar qarşısında, xüsusilə istehlak kreditləri sahəsində gəlir-ödəniş nisbəti ilə bağlı məhdudiyyət qoyulub. Yəni vətəndaşın istehlak kreditləri üzrə aylıq ödənişi onun aylıq rəsmi gəlirinin 45 faizindən çox ola bilməz. Bu kovinant, bu məhdudiyyət imkan verir ki, banklar vətəndaşları daha çox kredit yükü altına salmasınlar. Mərkəzi Bank bu sahədə kifayət qədər sərt qaydalar müəyyənləşdirib".

Ekspertin sözlərinə görə, əhalinin borc yükünün artması və gəlirlərin daha böyük hissəsinin kredit ödənişlərinə yönəlməsi müəyyən risklər yarada bilər.

Odur ki, ayağımızı yorğanımıza görə uzatmaqda fayda var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Avqust 2026 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri