Icma.az
close
up
RU
Əsrimizin BƏLASI Azərbaycanda xərçəng xəstələrinin sayı niyə sürətlə ARTIR?

Əsrimizin BƏLASI Azərbaycanda xərçəng xəstələrinin sayı niyə sürətlə ARTIR?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd olunur. Hər il xərçənglə mübarizədə yeni üsullar, tibbi həllər düşünülür, tətbiq edilir. Çünki hər il sözügedən xəstəliyə yoluxanların sayı artır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının artaraq 20 milyona çatacağını proqnozlaşdırır.
Ötən illərlə müqayisədə Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. 2022-ci ilin rəsmi rəqəmlərinə görə, ölkəmizdə 62 min 385 onkoloji xəstə qeydiyyatdadır. 2023-cü ilin statsitikasına görə isə hazırda ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qyediyyatdadır. Yəni bu rəqəm 2022-ci illə müqayisədə 7 min 50 nəfər çox olub.
Xərçəngin müayinə və müalicə xərcləri çoxdur, ona görə də xəstəliklə mübarizədə bəzi dövlətlər müəyyən güzəştlər tətbiq edirlər. Azərbaycanda bu xəstəliklə mübarizə bir neçə qanunda öz əksini tapıb. 2006-2010-cu illər üçün “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” təsdiqlənib. Proqram təsdiqləndikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir. Bu proqram çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə dərman preparatlarının siyahısına 229 dərman və dərman preparatı daxildir.
Həmçinin, 2006-cı ildə qəbul edilən "Onkoloji yardım haqqında" qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Elə həmin qanunun 12-ci maddəsinin 12.1 bəndində onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsi üzrə tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirildiyi yazılıb. Bu qanunların icrası üçün dövlət büdcəsindən 2007-ci ildən vəsait ayrılır.
Azərbaycanda xəstəliyin artmasına səbəb nədir? Ölkəmizdə bu xəstəliyin müalicəsində hansı yeniliklər tətbiq olunur?
Mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bildirən deputat Pərvanə Vəliyeva deyib ki, xəstəliyin artmasında bir çox faktorların rolu var:
“Ümumdünya Xərçənglə Mübarizə Günü bu xəstəliyə qarşı mübarizə tədbirlərinin görülməsi məqsədilə maarifləndirməni artırmaq məqsədi daşıyır. Dünyada son illərdə xəstəliklərin artması tendensiyası mövcuddur, o cümlədən dünyada onkoloji xəstəliklər artır. Səbəb isə çirkli ətraf mühit amili, iqlim dəyişmələrinin törətdiyi fəsadlar, tərkibi dəyişən qidalar, stress, həmçinin irs faktorudur.
Azərbaycanda da, təəssüf ki, bu dinamika müşahidə olunur. Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumatlara əsasən, 2016-cı illə müqayisədə 2023-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrdə yeni törəmələr təxminən 38% artıb. Əhalinin xəstələnməsinin artması səhiyyə xərclərimizi də artırır. Səhiyyə xərclərimiz 2021-ci illə müqayisədə, 2025-ci ildə 45 faiz və yaxud 621 milyon manat artıb. Ötən illə müqayisədə isə xərclər 7,1% artıb. Bu xüsusda, ölkəmizdə qeyri-infeksion xəstəliklərin artması, xəstəliyin ilkin mərhələdə aşkarlanmasında irəliləyişə nail olunmasını, boşluqların tapılaraq aradan qaldırılmasını aktuallaşdırır”.

Milli Məclisin üzvü qeyd edib ki, risk faktorları nəzərə alınaraq, skrininq proqramları ilə xəstəliklərin erkən aşkarlanması həyata keçirilə bilər:
“Məsələn, süd vəzi xərçənginin son illərdə 20% artımı müşahidə olunur. 35 yaşdan yuxarı bütün qadınlar ən azı ildə 1 dəfə süd vəzini müayinə etdirməlidir. Skrininqlər beynəlxalq təcrübədə ilkin səhiyyə xidmətində təşkil olunur. Ölkəmizdə ilkin səhiyyə xidməti müəssisələri təlim keçmiş tibb kadrı ilə, tibbi avadanlıqlarla, ən azı ultrasəs, radioloji cihazlarla təchiz edilərsə, xərçəng kimi xəstəliklər vaxtında aşkarlana bilər. Səhiyyə maarifinin aparılması da eyni dərəcədə vacibdir ki, özünümüayinə üsulları həyat qurtarıcı ola bilər”.
Deputat ölkəmizdə onkoloji xəstəliklərlə mübarizə üzrə dövlət proqramının mövcud olduğunu vurğulayıb:
“Bu gün dünya üzrə xərçəngdən sağalanların sayı 60%-i keçib. Lakin elə ölkələr var ki, bu müalicəni təşkil edə bilmir. Çünki bu xəstəliyin müalicəsi böyük maliyyə tələb edir. Ölkəmizdə onkoloji xəstəliklərlə mübarizə üzrə dövlət proqramı mövcuddur və bu sahəyə dövlət qayğısı Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Ancaq bu sahənin də İcbari Tibbi Sığorta sisteminə salınmasına böyük ehtiyac var. İTS sisteminin imkanları ilə bu xəstəliyin müalicəsi daha əlçatan ola bilər. Dövlətin sosial sahəyə qayğısı kimi son illər səhiyyə sahəsinə ayrılan büdcə, özündən əvvəlki illə müqayisədə dəfələrlə artmış, 2025-ci il üzrə 3.6 milyard manat, o cümlədən, Agentliyin fondunun büdcəsi 2 milyard 850,3 milyon manat olub. Bu xüsusda, onkoloji xəstəliklərin müalicəsinə ayrılan dövlət büdcəsi də artırıla bilər”.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Fevral 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri