Icma.az
close
up
RU
“Azərbaycanda məhkəmə sahəsində görülən işlər məni təəccübləndirdi” Video

“Azərbaycanda məhkəmə sahəsində görülən işlər məni təəccübləndirdi” Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Volter Barone Azərbaycanda məhkəmə sahəsində həyata keçirilən islahatlarla bağlı yüksək qiymət verib.

“Qafqazinfo”nun məlumatına görə, barone bildirib ki, Azərbaycanın məhkəmə sistemində müstəqilliyin təmin olunması istiqamətində görülən işlər onu təəccübləndirib.

“Keçirilən təqdimatlarda məhkəmə sistemi, onun islahatlardan sonrakı strukturu, yoxlama və balans mexanizmləri, eləcə də məhkəmə müstəqilliyini təmin etmək üçün yaradılmış institutlar haqqında çox maraqlı məlumatlar aldıq. Açıq deyə bilərəm ki, Azərbaycanda məhkəmə sahəsində görülən işlər məni təəccübləndirdi və bu prosesi çox müsbət qarşılayıram,” – o vurğulayıb.

Barone eyni zamanda, Asambleyanın təşkilatçılığına da yüksək qiymət verib: “Bu qədər gözəl bir ölkədə və belə yaxşı təşkil olunmuş assambleyada iştirakdan çox məmnunam. Əslində, Azərbaycanlı həmkarlar bütün təbrikləri haqq edirlər, çünki təşkilatçılıq həqiqətən də çox yüksək səviyyədə idi. İndiyə qədər hər şey mükəmməl keçib və əminəm ki, son günə qədər də belə olacaq.”

Qeyd edək ki, oktyabrın 11-dən 17-dək davam edən Assambleyada dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə - hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekspertlər iştirak ediblər.

Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilər keçirilib, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələr müzakirə olunub. Həmçinin “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil edilib

Bununla yanaşı, “Ədalət mühakiməsi rəmzləri” adlı sərgi təşkil olunub. Sərgidə dünyanın 80 ölkəsindən gətirilmiş 150-yə yaxın hakim, vəkil və dövlət ittihamçısına məxsus cübbələr, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş etdirilib.

Xatırladaq ki, 1953-cü ildə təsis olunmuş Beynəlxalq Hakimlər Assosiasiyasının əsas məqsədi dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunmasıdır. Hazırda təşkilat öz sıralarında 93 ölkənin hakimlər birliklərini birləşdirir və illik toplantılarını yalnız qanunun aliliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.

Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi barədə qərar ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri