Icma.az
close
up
RU
Azərbaycanda Məhtimqulu Fəraqi irsi yüksək səviyyədə araşdırılır

Azərbaycanda Məhtimqulu Fəraqi irsi yüksək səviyyədə araşdırılır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 mart, AZƏRTAC

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans çərçivəsində Bakıda səfərdə olan Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Əlyazmalar İnstitutunun direktoru Davut Orazsəhədov AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Ədəbiyyat İnstitutunda 2024-cü ilin may ayından etibarən Məhtimqulu Fəraqi adına Türkmən Ədəbiyyatı Mərkəzinin fəaliyyət göstərdiyi və burada indiyədək türkmən ədəbiyyatına dair 10-dan artıq tədqiqat, tərtib və tərcümə kitabının hazırlanaraq nəşr olunduğu qonağın diqqətinə çatdırılıb. İnstitutun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli gələcəkdə ortaq tədqiqatların aparılmasının, birgə məqalə və kitabların yazılmasının vacibliyini vurğulayıb.

Davut Orazsəhədov Azərbaycanda Məhtimqulu Fəraqi irsinin yüksək səviyyədə araşdırıldığını məmnunluqla qeyd edib. O, Ədəbiyyat İnstitutu tərəfindən Məhtimqulu Fəraqinin Bakıda aşkar olunan “Divan” nüsxəsinin nəşrini, həmçinin şairin “Poemalar” kitabının ilk dəfə çap olunmasını xüsusi vurğulayıb.

Sonra qonaq Türkmən Ədəbiyyatı Mərkəzi ilə tanış olub. Mərkəzin müdiri dosent İsmixan Osmanlı və türkmən ədəbiyyatı üzrə tədqiqatçı dosent Töhfə Talıbova Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin öyrənilməsi istiqamətində həyata keçirilən elmi layihələr barədə məlumat veriblər.

Görüşdə birgə tədqiqatların həyata keçirilməsi və elmi əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri