Fitch : Azərbaycanda depozitlərin dollarlaşması yüksək səviyyədə qalacaq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda depozitlərin dollarlaşmasının yaxın illərdə yüksək səviyyədə qalacağını proqnozlaşdırır.
"APA-Economics" bu barədə agentliyə istinadən xəbər verir.
Reytinq agentliyi bildirir ki, 2025-ci ilin üçüncü rübünün sonunda depozitlərin 44%-i xarici valyutada olub: "Əlavə makro-prudensial tədbirlər görülmədiyi halda, depozitlərin manatlaşması prosesi çox yavaş templə davam edəcək".
Hesabata görə, bankların xarici valyutada verdiyi kreditlərin payı azalmaqda davam edəcək və 2026-cı ilin sonuna doğru ümumi kredit portfelinin təxminən 12%-nə enəcək (2024-cü ilin sonu: 16%). “Fitch” bunu manatın ABŞ dollarına bağlı stabil məzənnəsi və xarici valyutada kreditləşməyə qoyulan ciddi məhdudiyyətlərlə izah edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 02 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















