Icma.az
close
up
RU
Azərbaycanda məktəblər distant təhsilə keçə bilər Qərar gözlənilir

Azərbaycanda məktəblər distant təhsilə keçə bilər Qərar gözlənilir

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni tədris ilinin başlaması ilə Bakı şəhərində ciddi izdiham yaşanır. Qeyd olunur ki, məktəb və universitetlərin açılması ictimai nəqliyyat vasitələrinin sayının artmasına, paytaxtda böhran vəziyyətin yaranmasına, nəticədə şikayətlərə səbəb olur. Bu fonda bəzi təhsil müəssisələrinin növbəli qaydada distant (onlayn) rejimə keçirilməsi təklif edilir. Ekspertlər hesab edirlər ki, bu addım mövcud durumun qismən də olsa, düzəlməsinə şərait yarada bilər.

Bu təklif nə dərəcədə real görünür? Paytaxtdakı sıxlığı hansı üsullarla azaltmaq olar?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, universitetlərin başqa yerlərə köçürülməsi və bəzi təhsil müəssisələrinin onlayn rejimə keçirilməsi təklifləri optimal həll yollarından biridir:

“Bu, vətəndaşların vəziyyətini yüngülləşdirə bilər. Əslində belə problemlərin həlli çətin deyil. Yəni ixtisaslı mütəxəssislərin sıxlıq və tıxacların aradan qaldırılması üçün doğru yolları göstərməsi mümkündür. Hazırda isə bu üsullara kifayət qədər üstünlük verilmir, nəticədə vətəndaşlar tıxacda narahatlıq yaşayır. İnsanlara mövzunu müzakirə edərək mütəxəssislərin rəylərini öyrənməyə imkan yaradılmalı, rəylər əsasında nöqsanlar aradan qaldırılmalıdır”.

Fazil Mustafa

Deputat qeyd edib ki, günün böyük qismi tıxaca sərf olunur:

“Saatlarla yolda qalmaq, bir məntəqədən digərinə uzun müddət ərzində getmək və sair həm vətəndaşlara çətinlik yaradır, həm də iqtisadiyyatımıza mənfi təsir göstərir. Bu səbəbdən məsələ ciddi şəkildə nəzərdən keçirilməli və konkret addımlar atılmalıdır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri