Icma.az
close
up
RU
Azərbaycanda məktəblər distant təhsilə keçir? AÇIQLAMA

Azərbaycanda məktəblər distant təhsilə keçir? AÇIQLAMA

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ceyhun Məmmədov Milli Məclisin dünən keçirilən plenar iclasında bildirib ki, əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə bildirib ki, şagirdi az olan məktəblərdə distant təhsilə keçməklə bu məktəbləri qorumaq olar. 

Nəzərə alsaq ki, bu gün şagird sıxlığının olması daha çox məktəbə ehtiyac var deməkdir. Xüsusilə kənd rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəblərin bağlanması təhsilin əlçatanlığı, şagirdlərin rifahı və regionların sosial-iqtisadi inkişafı baxımından ciddi problemlər yarada bilər. Elə ucqar ərazilərdə yerləşən məktəblər var ki, həmin yerə nəqliyyatla getmək mümkün deyil, yalnız piyada yol qət edilməlidir. Qış aylarında dağlıq ərazilərdə havaların daha sərt keçdiyini nəzərə alsaq, hər gün çətinliklə yol qət edib məktəbə getmək dərs davamiyyətinə də öz təsirini göstərəcək.

Maraqlıdır, sözügedən ucqar ərazilərdə təhsil alanların tədris prosesi necə təşkil olunacaq? Bu prosesdə distant təhsilə keçid tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bu, nisbətən böyük xərcləri azaltmaq və məktəbləri komplektləşdirməklə daha keyfiyyətli tədrisə yol açmaq baxımından müsbət bir addımdır, ancaq məsələnin digər tərəflərinə də baxmaq lazımdır:

“Məsələn, ölkədəki 4400 məktəbin 1500-də şagird sayı 100-dən aşağıdır. Bu məktəblərin 99%-i regionlarda, xüsusilə dağlıq və ucqar rayonlarda yerləşir. Komplektləşdirmə siyasəti çərçivəsində bir neçə şagirdi olan məktəblər bağlanaraq, onlar vahid, mərkəzləşdirilmiş məktəblərə birləşdirilir. Bu yanaşma xərcləri optimallaşdırmaq baxımından məntiqli görünsə də, şagirdlərin və onların valideynlərinin rahatlığı, məsafə problemləri və əlavə maddi çətinliklər kimi faktorlar nəzərə alınmalıdır. Məsələ burasındadır ki, şagird sayı 100-dən aşağı olan məktəblərdə təhsilin keyfiyyəti necədir? Şəxsən mən, bir tədqiqatçı olaraq, əminliklə deyə bilərəm ki, bu məktəblərin böyük əksəriyyətində təhsilin səviyyəsi o qədər də yüksək deyil. Bu səbəbdən, müəyyən qədər optimallaşdırma qaçınılmaz görünür. Təbii ki, kimlərsə suallar verə bilər ki, bəs şagird sayı çox olan məktəblərdə təhsil yüksək səviyyədədir? Bu, ayrı bir mövzudur. İndiki halda diqqətimizi şagird sayı az olan məktəblərə yönəldək. Praktik olaraq, belə siniflərdə iştirak göstəriciləri də aşağı olur. Hava şəraitinin pis olduğu günlərdə bir-iki şagird məktəbə gəlsə, tədris prosesi tamamilə pozula bilər. Bu vəziyyət təhsilin səmərəliliyini azaldır və məktəblərin fəaliyyətini daha da çətinləşdirir. Komplektləşdirmənin tərəfdarıyam. Doğrudur, bu prosesdə məsafə, xərclər və digər çətinliklər olacaq, ancaq uzunmüddətli perspektivdə buna getməyimiz vacibdir”. 

Ekspert qeyd edib ki, belə məktəblərdə müəllimin işə motivasiyası və dərslərə yanaşması zəif ola bilər:

“Bu müəllimlərin dərs saatları azdır, bu da onların əməkhaqlarına təsir edir. Bundan əlavə, bir sinifdə, məsələn, 2-3 şagirdin təhsil aldığı hallarda həmin sinifdə nə qədər effektiv dərs prosesi həyata keçirilə bilər? Onların iş yeri və əməkhaqlarının düzgün şəkildə bölüşdürülməsi prinsipi təmin edilməlidir. Əgər bu məsələlər həll olunarsa, biz bu prosesə müsbət yanaşa bilərik. Əks halda, biz özümüz və media nümayəndələri ilə birlikdə yeni və daha ağır problemləri müzakirə etməli olacağıq”.

E.Nuri vurğulayıb ki, məktəblərin komplektləşdirilməsindən sonra tədris keyfiyyətinin artırılması məsələsinə ciddi yanaşılmalıdır. Əgər tədris keyfiyyəti yüksəlməzsə, o zaman bu addım əbəs yerə atılmış olacaq.

Mütəxəssisin sözlərinə görə, həmin ərazilərdəki məktəblərin distant təhsilə keçməsi real deyil:

“Fazil bəyin həmin ərazilərdə distant təhsilin tətbiqi ilə bağlı təklifini başa düşürəm. Onun niyyəti təhsilin daha əlçatan olması və problemlərin həllinə töhfə verməkdir. Lakin mən bu təklifin reallığını görmürəm. Birincisi, bağlanmış məktəblər tamamilə fəaliyyətsiz qalmamalıdır. Onlar müəyyən maarifləndirici mərkəzlər kimi fəaliyyət göstərə bilər. İkincisi, distant təhsil üçün bizim ucqar ərazilərdə lazımi infrastruktur yetərli deyil. Hətta texniki imkanlar təmin edilsə belə, distant təhsilin məzmunu, müəllimlərin bu prosesə hazırlığı, metodların tətbiqi və faydalı olması ilə bağlı ciddi suallar var. Bu problemlər həll edilmədən distant təhsil effektiv olmayacaq.Nəticədə, bu məsələlər nəzərə alınmadan atılan hər hansı addım faydasız qalacaq. Bu mövzuda birgə müzakirələr aparmaq, daha yaxşı həll yolları tapmaq vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see278

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see268

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see261

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see255

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see249

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see249

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see246

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see241

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see241

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see235

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see234

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see221

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see221

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see218

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see216

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see214

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see213

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see210

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see209

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri