Məktəblər distant təhsilə keçiriləcək? AÇIQLAMA
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
"Mövcud vəziyyətlə bağlı təhsil eksperti kimi bildirmək olar ki, uşaqlar arasında virusun sürətlə yayılması təhsil prosesinə birbaşa təsir göstərir".
Milli.Az xəbər verir ki, bu fikirləri Medialoq.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəm deyib.
O deyib ki, hazırda məktəblərdə dərsə davamiyyətin aşağı düşməsi müşahidə olunur:
"Bu, tədrisin keyfiyyəti baxımından ciddi risk yaradır. Lakin praktika göstərir ki, ölkədə məktəblərin tam şəkildə qapanması yalnız son çarə kimi nəzərdən keçirilir. Adətən, kütləvi yoluxma halları müəyyən məktəb və ya siniflər üzrə intensivləşərsə, lokal qapanmalar tətbiq olunur. Yəni bütöv ölkə üzrə deyil, konkret məktəb, sinif və ya paralellər üzrə müvəqqəti fasilələr verilə bilər. Elm və Təhsil Nazirliyi belə hallarda Səhiyyə qurumlarının rəyini əsas götürür. Əgər virusun ağırlaşma riski artarsa və uşaqların sağlamlığına real təhlükə yaranarsa, qapanma ehtimalı yüksəlir".
Milli.Az
Baxış sayı:51
Bu xəbər 19 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















