Icma.az
close
up
RU
Azərbaycanda məktəblərin sayı azalır Səbəb nədir? AÇIQLAMA

Azərbaycanda məktəblərin sayı azalır Səbəb nədir? AÇIQLAMA

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda son iki il ərzində orta ümumtəhsil məktəblərinin sayı 76 ədəd azalıb.  Proseslər göstərir ki, məktəblərin sayında azalma davam edə bilər.


Bəs məktəblərin sayının azalması nə ilə bağlıdır və növbəti illərdə də azalma davam edəcəkmi?

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov qeyd etdi ki, son illərdə Azərbaycanda kənd yaşayış məntəqələrindən şəhərlərə köçün davam etməsi bəzi məktəblərin bağlanmasına səbəb olub.

Onun sözlərinə görə, bu yaxınlarda Lerik və Yardımlı rayonlarının bir neçə kəndinə səfəri zamanı da belə halların şahidi olub:

"Şahid oldum ki, həmin bölgələrdə əhalinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Yerli sakinlərlə apardığım söhbətlər zamanı aydın oldu ki, artıq bir çox kənd tamamilə tərk olunub. Vaxtilə 450 şagirdin təhsil aldığı məktəblərdə bu gün 150 şagird belə oxumur. Bu isə onu göstərir ki, insanlar kənd mühitini sürətlə tərk edir və nəticədə təhsil ocaqlarında şagird çatışmazlığı yaranır".


Ekspertin qənaətincə, kəndlərdə əhalinin azalması yalnız indiki dövrə aid olan məsələ deyil. O bildirdi ki, bu, müəyyən bir tendensiyanın davamıdır. İ.Orucovun sözlərinə görə, belə vəziyyətdə Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin “optimallaşdırılması” siyasəti həyata keçirilir. 

Təhsil ekspertinin fikrincə, kənd varsa, orada məktəb mütləq fəaliyyət göstərməlidir:

“Lakin məsələyə yalnız emosional yox, eyni zamanda praktiki yanaşmaq lazımdır. Əgər əhali sayı kifayət qədər azdırsa, həmin kənddə məktəbin saxlanması dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaradır. Bununla belə, unutmaq olmaz ki, məktəb yalnız tədris yeri deyil. O, həm də kəndin mədəni, sosial və intellektual həyatının mərkəzidir.
Buna baxmayaraq, bəzi hallarda başqa çıxış yolu qalmır və struktur dəyişikliklərinə ehtiyac yaranır. Məsələn, səfər etdiyim kəndlərdə çoxsaylı müasir və iri məktəb binalarının tikildiyini gördüm. Lakin bu təhsil ocaqlarının yalnız 30 faizi istifadə olunur. Bu isə dövlətin sərmayəsinin nə dərəcədə səmərəli xərcləndiyinə dair suallar doğurur”.

İ.Orucov belə halların qarşısını almaq üçün kənd sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsi və regionlarda məskunlaşmanı stimullaşdıracaq güzəştlərin tətbiq edilməsinin vacibliyini qeyd edib. 


O bildirib ki, əgər bu tədbirlər görülərsə, kənddən kütləvi köçün və nəticədə məktəblərin bağlanmasının qarşısı alınmış olar: 


“Son iki ildə 76 təhsil müəssisəsinin bağlanması kifayət qədər ciddi rəqəmdir. Əgər bu proses bu templə davam edərsə, növbəti illərdə də azalma müşahidə ediləcək. Mən bu məsələdə düşünülmüş və mərhələli şəkildə aparılan optimallaşdırmanın tərəfdarıyam. Əgər müəyyən bir kənddə cəmi 50 nəfər qalıbsa və məktəb fəaliyyətsizdirsə, bu halda onun saxlanılması mümkün deyil”.

Ekspert əlavə edib ki, belə vəziyyətlərdə daha məqsədəuyğun addımın məktəblərin birləşdirilməsi və şagirdlərin yaxın məsafədəki təhsil müəssisələrinə daşınmasının təmin olunmasıdır:

“Qeyd etməliyik ki, hər bir uşağın keyfiyyətli təhsil almaq hüququ Konstitusiyada təsbit olunub. Bu isə onu göstərir ki, məsələyə kompleks yanaşmaq və yalnız bir qurumun deyil, aidiyyəti dövlət strukturlarının birgə araşdırması əsasında qərarların verilməsi vacibdir. Əsas hədəfimiz ondan ibarət olmalıdır ki, məktəb yaşında olan heç bir uşaq təhsildən kənarda qalmasın”.

Fidan Hacızadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri