Azərbaycanda yenidoğulan körpələrin sayı azalır Səbəb nədir? (Video)
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyir ki, doğuş sayının son illərdə kəskin azalmasının əsas səbəblərindən biri qadınların 30 yaşdan sonra ana olmaq istəyidir.
Mahirə İsmayılova həmçinin qeyd edir ki, 2025-ci ildə dünyaya gələn 96 minə yaxın uşağın cəmi 46 mini qız, 50 mini oğlan uşaqlarıdır. Odur ki, qarşıdakı illərdə dünyaya uşaq gətirəcək qadınların sayında da ciddi azalma müşahidə olunacaq.
Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev isə deyir ki, insanlar bu nümunəni Avropa ölkələrindən götürürlər. Bundan başqa, boşanmaların artan dinamikası da uşaq sayına ciddi təsir göstərir.
Sosioloq hesab edir ki, mövcud tendensiyanın ciddi nəticələri ola bilər.
Mütəxəssislər hesab edirlər ki, doğum sayındakı azalma davam edərsə, qarşıdakı illərdə demoqrafik yük daha da artacaq. Bu isə həm əhalinin yaş strukturuna, həm də təhsil və əmək bazarına ciddi təsir göstərə bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 08 Oktyabr 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















