Icma.az
close
up
RU
Azərbaycanda məmurları tənqid edənləri cəza gözləyir? Yeni qanunun izahı

Azərbaycanda məmurları tənqid edənləri cəza gözləyir? Yeni qanunun izahı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən yeni dəyişiklikləri təsdiqləyib. Bu konktekstdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün şərhi diqqət çəkib. Onun sözlərinə görə, artıq məmurları tənqid edənlər də bu qanunla cəzalana bilər.

Sitat: “Sosial şəbəkədə bir məmurun fəaliyyəti sərt və bir az da emosional dildə tənqid edilərsə, bu paylaşım “cəmiyyətə açıq hörmətsizlik” kimi qiymətləndirilərək silinə və ya müəllif məsuliyyətə cəlb oluna bilər. Təcrübə göstərir ki, demokratik ənənələr zəif olduqda, oturuşmuş sistemlər olmadıqda, məmur özbaşınalığı olduqda bu tip qaydalar hansısa məmur üçün jurnalistləri, ictimai fəalları, blogerləri və tənqidçiləri susdurmaq alətinə də çevrilə bilir”.

Yeni qaydalar nədən ibarətdir? Sosial şəbəkədə məmurları tənqid edənlər həbs olunacaq?

Globalinfo.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, qanuna edilən dəyişikliklər tənqidi mühitin məhdudlaşdırılmasına deyil, əxlaq və mənəviyyatın qorunmasına yönəlib:

“Düşünmürəm ki, legitim tənqidə görə hər hansı cəza nəzərdə tutulur. Böhtan xarakterli yazı və ya şərh olarsa, bu, həm mülki, həm də cinayət məsuliyyəti yarada bilər ki, bu hallar artıq mülki, cinayət və inzibati xətalar məcəllələrində mövcuddur. Bu baxımdan yeni bir yanaşma yoxdur. Təhqirlə bağlı məsələlər də eyni qaydada tənzimlənir. Şəxsə yaxud şəxslərə qarşı etik normalar pozularaq təhqir və söyüş elementlərindən istifadə edilərsə, bu da əvvəldən qanunvericiliklə müəyyən olunmuş məsuliyyət yaradır. Yenilik isə əsasən media orqanlarında və sosial şəbəkələrdə açıq şəkildə etik çərçivəni aşan, təhqiramiz məzmunlara, eləcə də bədən hissələrinin açıq nümayişi kimi hallara görə məsuliyyətin konkretləşdirilməsi ilə bağlıdır”.

Sahib Məmmədov

Hüquqşünas bildirib ki, əgər bir şəxs sosial şəbəkədə dövlət orqanını, məmuru və ya vəzifəli şəxsi faktlara əsaslanaraq, böhtan xarakteri daşımayan legitim tənqid edirsə, bu halda ona qarşı hər hansı tədbirin görülməsi üçün əsas yoxdur:

“Sərt tənqid ilə təhqir arasında ciddi fərq mövcuddur və bu məsələlər məhkəmələrin səlahiyyətindədir. Zərurət yarandıqda məhkəmə ekspertiza təyin edərək ifadələrin təhqir olub-olmamasını, etik çərçivəni aşıb-aşmamasını və ya bədən hissələrinin hansı nahiyyəsinin açıq şəkildə göstərilməsinə yol verilib-verilməməsi müəyyən edə bilər. Lakin dəyişikliklərdə müəyyən açıq qalan məqamlar ola bilər. Məsələn, bədən hissələrinin nümayişi anlayışının konkret izahı hələ formalaşmayıb. Bu məsələ gələcək məhkəmə praktikası ilə dəqiqləşdirilə və zərurət yarandıqda Konstitusiya Məhkəməsi bunu şərh edə bilər. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun tələblərinə əsasən, sui-istifadəyə şərait yaradan müddəalar qanunvericilikdə olmamalıdır. Bu baxımdan qanunların şərhi səlahiyyəti Konstitusiya Məhkəməsinə məxsusdur. Hüquq düzgün tətbiq edildiyi təqdirdə, düşünürəm ki, ciddi problemlər yaranmayacaq”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri