Icma.az
close
up
RU
Azərbaycanda məscidlər kifayət qədərdirmi?

Azərbaycanda məscidlər kifayət qədərdirmi?

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kənan Rövşənoğlu: “Bakıda və Bakıətrafı bir neçə kənddə yaxın məscid ola bilər”

Qırğızıstanın Dini Qurumlarla İş üzrə Dövlət Komissiyası əhalinin məskunlaşdığı yerlərdə məscidlərin, ibadət evlərinin və digər dini obyektlərin sayına məhdudiyyət qoyulmasını təklif edib. Hazırlanmış qanun layihəsinə görə, dini tikililər arasında məsafə ilə bağlı dəqiq standartların tətbiqi təklif edilir.

Şəhərlərdə və rayon mərkəzlərində onlar bir-birindən ən azı dörd kilometr məsafədə olmalıdır. Kənd rayonlarında məscidlər bir-birindən ən azı üç kilometr, kiçik kəndlərdə iki kilometr məsafədə yerləşməlidir. Sənəd qüvvəyə minməzdən əvvəl tikilmiş dini binalar sökülməyəcək və məhdudiyyətlərə məruz qalmayacaq.

Bəs Azərbaycanda vəziyyət necədir? Məscidlərin sayı Qırğızıstanda olduğu qədər çoxdurmu və bir-birinə yaxındırmı? Ölkəmizdə məscid çatışmazlığı varmı?

Dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu “Yeni Müsavat”a deyib ki, Qırğızıstan hakimiyyətinin bu təşəbbüsü müsəlmanlıq adına bir utancdır: “Məscidlərin sayının azaldılması və bu cür məhdudiyyətlər ölkənin müsəlman imicinə zərbədir. Lakin əgər dövlət məscid inşa edirsə, təbii ki, bu zaman müəyyən qaydalar tətbiq edə bilər. Bu, parlamentin və o xalqın seçimidir. Qırğızıstan demokratik ölkədir”.

Bizə gəlincə, müsahibimiz bildirib ki, qeyd olunan parametrlərdə bizdə məscid sayı çox azdır: “Ümumilikdə bizdə ölkə üzrə 2200-dən bir qədər çox məscid var. Onların bir qismi isə fəaliyyət göstərmir. Qalan hissəsi isə əksəriyyəti tarixi abidədir. Yəni ən azı 100 ildən çox yaşı var. Yəni sovet dövründən əvvəl inşa olunub. Bu ölçü ilə götürsək, ölkəmizdə yalnız Bakıda və Bakıətrafı bir neçə kənddə yaxın məscid ola bilər. Amma bunlar da dediyim kimi, tarixi abidədir. Ümumilikdə Azərbaycanda məscid sayı digər müsəlman ölkələrindən, hətta əhali sayına görə müsəlman olmayan ölkələrdəki müsəlman icmalarına görə azdır”.

Onun dediyinə görə, məsələn, Türkiyədə 80 minə yaxın məscid var: “Təxminən 1000 nəfərə bir məscid düşür. Bizdə isə ən yaxşı halda 5 min nəfərə bir məscid düşür. O da dediyim kimi, bir çoxu işləmir və ya tarixi abidədir. Bizdə böyük şəhərlərdə məscid sayı azdır, xüsusən də sovet vaxtı inşa olunmuş yaşayış kvartallarında məscid sayı azdır. Amma xalqımız buna da qane olur”.

İslamda məscidlər arasında müəyyən məsafənin olması barədə konkret bir dini hökm yoxdur. Qurani-Kərimdə və Sünnədə belə bir qaydanın olmadığı bildirilir. Əsas meyar budur ki, hər bir məscid insanlara xidmət etməlidir, fitnə-fəsada səbəb olmamalı, icmanın ibadət ehtiyacını qarşılamalıdır. Tarixən İslam şəhərlərində məscidlər ehtiyac əsasında, əhali sıxlığına görə salınıb. Məsələn, Bağdad, Dəməşq, Qahirə kimi şəhərlərdə onlarla məscid bir-birinə yaxın məsafədə fəaliyyət göstərib.

Dini mənbələrdə qeyd edilir ki, şəriətdə məscidlər arasında məsafə qoymaq zəruri deyil. Lakin bəzi fiqh alimləri, xüsusilə ikinci məscidin tikintisi zamanı fitnə yaratmamaq üçün “məscid zərurət əsasında olmalıdır” prinsipinə üstünlük verirlər. Yəni, əgər bir məscid insanların ehtiyacını qarşılayırsa və ikinci məscid sırf ayrı-seçkilik, fikir ayrılığı məqsədilə tikilirsə, bu “məscid-i dirar” kimi qiymətləndirilə bilər (Tövbə surəsi, 107-ci ayə).

Məlumat üçün bildirək ki, Azərbaycanda iki mindən çox məscid mövcuddur. Sovet İttifaqı dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1990-cı ildən Azərbaycanda minə yaxın məscid inşa olunub. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb. İşğaldan azad olunmuş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır.  67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:283
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Aprel 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri