Azərbaycanda bir birinin qonşuluğunda yerləşən məscidlər, kilsələr və sinaqoqlar birgəyaşayışın nümunəsidir
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycan öz tarixi, dini və mədəni köklərinə bağlı, eyni zamanda dünyəvi dövlət modelinə sadiq ölkədir".
BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda keçirilən konfransda deyib.
O, bildirib ki, bu gün respublikamızda dini durum sabit və sağlamdır. Bizim ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələri Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilən dövlət-din münasibətləri modelinin əsasını təşkil edir.
"Azərbaycanda bir-birinin qonşuluğunda yerləşən məscidlər, kilsələr və sinaqoqlar birgəyaşayışın, qarşılıqlı hörmətin və multikultural dəyərlərimizin nümunələridir. Tolerantlıq Azərbaycanın milli sərvəti, xalqımızın mədəni yaddaşının bir hissəsidir. Media bu dəyərli sərvətin qorunması, dinin siyasiləşdirilməsinin, müxtəlif dairələr tərəfindən fərqli məqsədlər üçün istifadə edilməsinin qarşısının alınmasında mühüm rol oynayır".
"Çünki müasir medianın işi yalnız informasiyanı çatdırmaqla bitmir. İndi o, həm də vətəndaş məsuliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında vacib rol oynayır. Təəssüflə qeyd etməliyik ki, bu gün müxtəlif vasitələrlə, xüsusilə də sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər mövcuddur", - deyə komitə sədri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 15 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















