Icma.az
close
up
RU
Azərbaycanda Milli Televiziya və Radio Günü qeyd olunur

Azərbaycanda Milli Televiziya və Radio Günü qeyd olunur

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycanda hər il noyabrın 6-da radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycan televiziyasının 68, radiosunun isə 98 yaşı tamam olur.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

Oxu.Az xatırladır ki, Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Polad bloklardan yığılmış 180 metrlik ilk televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə "AzTV1" efirə çıxıb.

1957-ci il iyunun 28-də ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyaları, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiyası və studiya qurulub.

1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli TV (SECAM) yayıma keçid baş tutub.

1997-ci ildə I Respublika və Araz radioproqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.

2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb.

Həmin ildə "Azərbaycan" və "İctimai" radioları, eləcə də "İctimai" televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib.

Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramının qəbuluna imkan yaratmasıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat) Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" (Teleradio) İstehsalat Birliyi Fatmayı - Sumqayıt - Xızı - Dağbilici (Şabran) - Yergüc - Quba istiqamətində, 185 km uzunluğunda radio-rele xəttinin rəqəmsal rekonstruksiyasını 2019-cu ildə başa çatdıraraq istismara verib. Bu, respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmsal rekonstruksiyası işləri çərçivəsində baş tutub.

2016-cı ildə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub.

"Teleradio" İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218.6 MHz (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Noyabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri