Icma.az
close
up
RU
Azərbaycanda miqrant axırı TƏHDİDLƏRƏ səbəb ola bilər EKSPERT RƏYİ

Azərbaycanda miqrant axırı TƏHDİDLƏRƏ səbəb ola bilər EKSPERT RƏYİ

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Dövlət Miqrasiya Xidmətinin yüksək ixtisaslı mütəxəssislər üçün yeni “High-Skilled Migrant” portalını istifadəyə verməsi əmək bazarında keyfiyyətli kadr çatışmazlığının aradan qaldırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

Bu portal Azərbaycanın iqtisadi inkişaf prioritetlərinə uyğun mütəxəssislərin ölkəyə cəlb olunmasını hədəfləyir. Xüsusilə 70/100 bal sistemi vasitəsilə müraciətçilərin peşəkarlıq səviyyəsi daha obyektiv şəkildə dəyərləndiriləcək.

Bundan başqa, proqramın ailə üzvləri üçün nəzərdə tutduğu əlavə güzəştlər miqrantların ölkədə uzunmüddətli fəaliyyətini təşviq edə bilər. Yeni sistem həm də qlobal rəqabətin artdığı bir dövrdə Azərbaycana beynəlxalq istedadların cəlb olunması baxımından strateji əhəmiyyət daşıyır.

Miqrantların artması sosial inteqrasiya mexanizmlərinin daha sistemli və çevik olmasını zəruri edir.  Bu proses həm mədəni müxtəlifliyin artmasına, həm də sosial adaptasiya siyasətlərinin təkmilləşməsinə şərait yarada bilər.

Bütün bu məsələlər yeni proqramın ölkəyə təsirlərinin qiymətləndirilməsini aktuallaşdırır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev xatırladıb ki, bu yaxınlarda cənab Prezident də miqrantların ölkəyə gəlişi ilə bağlı sənəd imzalayıb. Onun sözlərinə görə, hazırda bəzi sahələrdə ciddi kadr boşluqları mövcuddur.

"Tələb-təklif baxımından müəyyən işlərin görülməsi zəruridir. Əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı həyata keçirilməlidir. Təhsil müəssisələri bu tələbdən çıxış edərək tələbə qəbulu planlarını düzgün formalaşdırmadıqca, xaricdən mütəxəssis cəlb olunmasına ehtiyac yaranacaq. Bu isə təhsil sistemimizdəki mövcud boşluqları göstərir",- o, qeyd edib.

Üzeyir Şəfiyev: Düzgün addımlar atılarsa, xaricdən mütəxəssis dəvətinə ehtiyac azalacaq

Həmsöhbətimiz diqqətə çatdırıb ki, kadr hazırlığında yanaşmalarımızı dəyişməli, yaxın və orta perspektivdə düşünərək psixoloji və strateji hesablamalar aparmalıyıq:

"Bu istiqamətdə düzgün addımlar atılarsa, xaricdən mütəxəssis dəvətinə ehtiyac azalacaq. Mövcud vəziyyət isə mexaniki artıma təşviq yaradır. Xarici əmək qüvvəsinin artımı orta perspektivdə miqrant ekspansiyasına səbəb ola, əmək bazarının əhəmiyyətli hissəsini ələ ala bilər. Bu, dünyada tez-tez rast gəlinən bir tendensiyadır".

Üzeyir Şəfiyev qeyd edib ki, strateji hədəflər düzgün seçilməli, təhsil müəssisələrində əmək bazarına uyğun kadr hazırlığı aparılmalıdır. Əmək bazarının hərtərəfli araşdırılması vacibdir ki, ixtisaslı miqrant axınının qarşısı alınsın. Hazırkı şəraitdə bu addımlar zəruridir. Vaxtında tədbirlər görülsəydi, bu gün miqrant axını ilə bağlı narahatlıqlar daha az olardı.

"Bu isə onu göstərir ki, əmək bazarı artıq daha rəqabətədavamlı kadrlar tələb edir. Təhsil müəssisələri planlama prosesində ehtiyac analizini yenidən nəzərdən keçirməli, hansı ixtisaslara tələb varsa, həmin sahələr üzrə kadr hazırlamalıdır. Hüquq, filologiya kimi sahələrdə kadr çoxluğu müşahidə olunur və ehtiyac artıq böyük ölçüdə ödənilib",- deyə mütəxəssis əlavə edib.

Müsahibimiz onu da deyib ki, miqrant axınının qarşısı alınmasa, ölkəni müəyyən təhdidlər gözləyə bilər:

"Azərbaycanda daimi qeydiyyatı olmayan şəxslərə qoyulan bəzi məhdudiyyətlər müsbət addım kimi qiymətləndirilə bilər. Bununla belə, ixtisaslı miqrantların sürətlə ölkəyə daxil olacağı ehtimalı da nəzərə alınmalıdır".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Noyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri