Icma.az
close
up
RU
Azərbaycanda təhsil kreditlərinin gələcəyi necə olacaq? Ekspert rəyi

Azərbaycanda təhsil kreditlərinin gələcəyi necə olacaq? Ekspert rəyi

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-2025-ci tədris ili üzrə ümumilikdə 2105046 nəfər təhsil alır. Bu statistikaya əsasən, 2024-2025-ci tədris ilində Azərbaycanda təhsil sisteminin bütün pillələri üzrə təhsil alanların ümumi sayı 2 milyonu keçib.

Bakıvaxtı.az bildirir ki, təhsilalanların sayında artımın olması ürəkaçan olsa da, əksər tələbələr illik təhsil haqqının ödənişində çətinlik yaşayırlar. Bu baxımdan 2021-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Tələbə Krediti Fondu yaradııb.

Fondun fəaliyyəti əhalinin aztəminatlı təbəqəsinin təhsilə çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır. Elm və Təhsil Nazirliyinin 2024–2025-ci tədris ilinə dair hesabatına əsasən, Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günədək e-ttkf.edu.az elektron portala 70393 müraciət daxil olub. Onlardan 57025 təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilib.

Diqqət çəkən məqam budur ki, əksər tələbələr Fond tərəfindən ayrılan tələbə kreditin də ödəməkdə çəkinlik çəkirlər.

Bəs görəsən, təhsil kreditləri və tələbə borcları problemlərinin həlli üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, ötən il və ondan əvvəlki il çox sayda tələbə tələbə adından məhrum olublar:

"Bəzi tələbələr ixtisas uyğunsuzluğa görə, bəzi tələbələr illik təhsil haqqını ödəyə bilmədiyinə görə, bəzi tələbələr isə öz karyerasını başqa sahələrdə qurduğuna görə tədrisini yarımçıq qoyub. Ümumilikdə 2024-cü ildə Azərbaycanın ali təhsil müəssisələrində ümumilikdə 67842 tələbə təhsil alıb. Onların 14 mini müxtəlif səbəblərdən təhsildən uzaqlaşıb. Təəssüf ki, bu tendensiya davam edir. Çünki təhsil kreditinin verilməsi ilə bağlı geri ödəmələr başlayıb. Artıq 5 ildir ki, təhsil tələbə krediti tətbiq olunur. Bu kreditin müsbət tərəfi odur ki, imkansız şəxslərə müəyyən qədər imkan yaradır. Digər tərəfdən, təhsil tələbə krediti alan şəxsin topladığı bal mütləq şəkildə 71-in üzərində olmalıdır. Bu, tələbələri tədrisində müəyyən qədər məsuliyyətli olmağa sövq edir".

Məzahir Məmmədli: Az balla universitetə qəbul olanlar ödənişlərlə bağlı vəziyyəti öncədən düşünməlidirlər

Ekspert qeyd edib ki, əksər dövlət universitetlərində yarıbayarı ödənişlə oxuyan tələbələr var. Bu universitetlər adından göründüyü kimi, dövlətdən müəyyən qədər dotasiya alır və əksəriyyəti hüquqi şəxsə çevrilib. Bu halda həmin universitetlər bilikli və bacarıqlı tələbələri oxutmaqda özləri maraqlı olmalıdır.

"Əksər tələbələr hələ universitetə qəbul olunmadan öncə yüksək adlı-sanlı və reytinqli universitetlərə təqaüd qazanmaqla, təhsil alırlar. Universitetlərimiz də bu şəraiti yarada bilər ki, ödəniş etməyi bacarmayan imkansız, amma gələcək üçün müəyyən potensialı olan tələbələrin təhsil haqqısı böyük şirkətlərlə müqavilə bağlamaq şərtiylə ödənsin. Az balla ali təhsil müəssisəsinə qəbul olan tələbələr isə ödənişlərlə bağlı vəziyyəti öncədən düşünməlidirlər. Bu tələbələr daha çox texniki peşə sahələrinə üz tutsalar, daha məqsədəuyğun olar", - deyə Məzahir Məmmədli vurğulayıb.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Noyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri