Icma.az
close
up
RU
Azərbaycanda müəllimlər ilbəil azalır: Bəs səbəb nədir? Ekspert

Azərbaycanda müəllimlər ilbəil azalır: Bəs səbəb nədir? Ekspert

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin sayının azalması ilə bağlı statistika paylaşılıb. Həmin statistikaya görə, 2022-2023-cü tədris ilində 151 min 634, 2023-2024-cü tədris ilində 150 min 868 nəfər müəllim işləyib. 2024-2025-ci tədris ilində isə müəllimlərin sayı 146 min 381 nəfər olub. Bu azalma müəllimlərin nüfuzunun aşağı düşməsi ilə əlaqələndirilib.

Müəllimlərin sayı niyə azalır?

Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə paylaşılan bu statistika müəllimlik peşəsinin nüfuzunun azalması kimi qəbul edilir:

"Bu fikirlərlə qəti razı deyiləm. Hətta mən bu fikirləri məntiqsiz hesab edirəm. Bu, ümumi dəyərləndirmədir. Hər bir cəmiyyətdə müxtəlif istiqamətlərlə, peşə və ixtisaslarla bağlı əmək bazarının tələb-təklif prinsipi olur. Azərbaycanda müəllimlik ixtisaslarını tədris edən universitetlərin sayı çoxdur. 20 universitetdə illərdir ki, müəllimlik tədris olunur, bunların hər biri 4 ildən sonra əmək bazarına inteqrasiya olunur. Əmək bazarının da özünə görə bəlli tələbləri var. Azərbaycanda ümumi götürəndə 4532 orta, 32 özəl tədrus müəssisəsi var. Doğrudur, təhsillə əlaqəli müxtəlif təyinatlı məktəblər də var. Amma onların sayını nəzərə alanda 500-ə çatmaz".


Elmin Nuri xatırladıb ki, Azərbaycanda müəllim kontingenti həddindən artıq çoxdur:

"Hazırda əlində müəllimlik diplomu olan minlərlə adam var ki özünə iş tapa bilmir. Amma statistika göstərir ki, müəllimlərin sayında azalma var. 2022-2023-cü tədris ilində 151 min 634, 2023-2024-cü tədris ilində 150 min 868-dir. Bunu niyə ayrı yerə yozurlar? Baxıram, hətta bunu sosial şəbəkələrdə müəllimlərin özləri paylaşır və yazır: bu nədir, getdikcə daha da azalacaq. Adam əsəbiləşir. Yadınızdadırsa, bir müddət əvvəl belə bir məlumat getmişdi ki, şagird sayı 100-dən aşağı olan məktəblərin çoxu bağlanacaq və onlar vahid bir məktəb şəkilində birləşəcək. Bu da müəllimlərin ixtisarına gətirib çıxardacaq. Məktəblərin sayı artmadığı halda müəllimlərin sayı necə arta bilər? Hər bir məktəbin şagirdə görə müəllim sayı olur. Əgər bir məktəbə 50 müəllim lazımdırsa, ora 150 müəllim yerləşdirə bilmərik".

Elmin Nuri vurğulayıb ki, bu gün müəllim ixtisası yalnız məktəblə məhdudlaşmamlıdır:

"Xüsusi proqramlar olmalı, ora müəllimlər cəlb edilməlidir, aztəminatlı ailələrin övladları üçün qruplar təşkil olunur və həmin qruplara müəllimlər cəlb olunur. Müəllim üçün nə fərqi, aylıq maaşı məktəbdə işləyərək alsın, yoxsa bu kimi layihələrdə işləyərək. Biz alternativlərin sayını artırmalıyıq. Bu say artdıqca kəmiyyət göstəriciləri də artacaq".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Avqust 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri