Icma.az
close
up
RU
Azərbaycanda müştəri məmnuniyyətsizliyi niyə mətbuata çıxır?

Azərbaycanda müştəri məmnuniyyətsizliyi niyə mətbuata çıxır?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Yerli mətbuatda hansısa marka haqqında yayımlanan müştəri narazılığı xəbərləri artıq adi hala çevrilib. Yeməyindən tük çıxan restoran, son istifadə tarixi keçmiş məhsul satan qida markası və s. Bu tip xəbərləri demək olar ki, hər gün görürük”.

Ölkə.Az xəbər verir ki, bu fikirləri marketinq və kontent mütəxəssisi Sadiq Həsənli deyib. O, bəzən xırda görünən problemlərin birbaşa mətbuata çıxması ilə bağlı sualı belə cavablandırıb:

“Azərbaycanda müştəri şikayətinin mətbuata çıxması emosional davranış deyil. Bu, əksər hallarda sistem boşluğunun nəticəsidir.
Müştəri adətən əvvəlcə şirkətin rəsmi kanallarına müraciət edir: zəng mərkəzi, sosial media və ya e-poçt. Problem cavabın verilib-verilməməsində deyil, cavabın funksional olmamasındadır. Verilən cavab real qərar mexanizmi ilə əlaqəli olmur.

Bir çox şirkətdə müştəri xidmətləri yalnız informasiya ötürən rolunu oynayır. Problemi həll etmək, kompensasiya vermək və ya qərar dəyişmək səlahiyyəti yoxdur. Nəticədə müraciət bağlanmış kimi görünür, amma problem yerində qalır.

Bu mərhələdən sonra müştəri alternativ kanal axtarır. Media bu boşluğu doldurur. Çünki mətbuata çıxan anda şirkət daxilində proseslər sürətlənir, məsul şəxslər aktivləşir və qərar verilir. Müştəri bunu təcrübədən bilir”.

S.Həsənli bu tip şikayətlərin media üçün də xəbərlər cəlbedici olduğunu söyləyib:

“Adi siyasi və ya iqtisadi xəbərlərin gətirmədiyi baxışı “X marka müştərini aldatdı” tipli başlıqlar rahatlıqla gətirir. Beləliklə, sistem hər iki tərəf üçün işləyir.

Problem isə ondadır ki, müştəri məmnuniyyətsizliyi şirkətlər tərəfindən reputasiya siqnalı kimi yox, biznesə risk faktoru kimi qəbul olunur. Məqsəd problemi həll etmək yox, səssizləşdirmək olur. Müdafiə mövqeyi dialoqu əvəz edir. Şikayətçi sakitləşdirilir, mövzu bağlanır, amma kök səbəbə toxunulmur.

Əsl sual budur ki, müştərini dinləyib problemi yerində həll etmək və bu prosesdən keyfiyyət yaxşılaşdırması çıxarmaq həqiqətən bu qədər çətindirmi?
Bu sual cavabsız qaldıqca müştəri şikayətləri azalmaq əvəzinə daha görünən olacaq. Çünki sistem hələ də problemin yarandığı nöqtədə yox, təzyiq yarandığı nöqtədə işləyir”.

Billurə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Yanvar 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri