Icma.az
close
up
RU
Azərbaycanda neçə sənədsiz yaşayış binası var və onların aqibəti necə olacaq? (VİDEO)

Azərbaycanda neçə sənədsiz yaşayış binası var və onların aqibəti necə olacaq? (VİDEO)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Azərbaycanda illərdir insanların yaşadığı, qazı, işığı, suyu olan, amma bəzi tikinti və sənədləşdirmə standartlarina cavab vermədiyinə görə hələ də rəsmən istismara verilməyən onlarla çoxmənzilli yaşayış binası var. Binaları tikənlərin vaxtında yol verdiyi məsuliyyətsizlik və ya başqa səbəblərdən bu binaların sakinləri evlərinə çıxarış ala bilmirlər.Bəs bu bınaların rəsmən sənədləşdirilməsini mümkünsüz edən əsas səbəblər hansılardır?

2020-cı ilə qədər belə bınaların sayı daha çox idi.Prezidentin 2019-cu ildə imzaladığı 529-cu fərmanı ilə 408 bina obrazlı şəkildə desək, amnistiyaya düşdü.

"Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanla bu binaların 300-400 min sakini mənzil hüquqlarına qovuşdu.FHN-in nümayəndəsi Elxan Əsədov deyib ki, istismarına icazə verilməyən 84579 mənzil var idi. Onlardan 67 bina qaldı.

"Onunun hətta sovet dövründən tikintisinə başlanılmışdır. Onların tikintisini, sənədləşmə işlərini rəsmi olaraq başa çatdırmaq mümkün olmamışdır. 17 binanın sahibləri müəyyən səbəblərdən ya azadlıqdan məhrum olunublar, ya artıq həyatda yoxdurlar.Bəzi binaların beton və ya armaturun müayinə aktları yoxdur. Biz təyin eləyə bilmirik ki, bunlar hansı betondan, armaturdan istifadə ediblər. Hər girişdə iki lift nəzərdə tutulub, lakin biri qoyulub.

Binanın tüstülənməyən pilləkən qəfəsi olmalıdır, amma yerində tüstülənəndir. Belə olan halda vətəndaşlar içəridə tüstüdən boğula bilərlər”.Bəs hazırda sadələşdirmə olmadan sənədləşdirilməsi mümkünsüz görünən binaların sənəd alma şansı varmı?

Elxan Əsədov deyib ki, Mülkiyyətçilərin Müştərək Cəmiyyətləri və yaxud da ki, o binanın tikintisini vaxtında həyata keçirən orqanlar problemləri sakinlərin köməyilə birləşib aradan qaldırmalıdırlar:

"Sonra isə müraciət eləsinlər ki, bu proses davam edləsin, amma sadələşdirilmiş formada yox, adi qaydada”.Nöqsanların siyahısını isə rayonlarda icra hakimiyyətlərindən, Bakıda isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən almaq mümkündür.

Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri