11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Səkkiz ailə Xətai rayonu, Kazımağa Kərimov küçəsindən 2014-cü ildə müqavilə əsasında mənzil alır. Ancaq bina sakinlər köçürülmədən 2025-ci ilin fevral ayında sökülür. Səbəb kimi isə binanın qəzalı vəziyyətdə olduğu deyilir.
"Sahibkar Saday Əhmədovun qızı mənə zəng edib dedi ki, gəl, pulunu götür, çıxarışı ləğv edək. Dedim ki, 2014-cü ilin pulu ilə hazırkı eyni deyil, düz gəlmir, razı deyiləm. "Evi sökdürəcəyəm" dedi, sökdürdü də", - şikayətçi deyib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qeyd edilən ünvanda tamamlama işləri səviyyəsində olan 2 girişli, 3 mərtəbəli binanın texniki vəziyyətinin qiymətləndirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanının müraciəti əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutu tərəfindən 2025-ci ilin yanvar ayında həyata keçirilib və müraciət edən quruma binanın qəzalı olması barədə müvafiq rəy verilib.
Xətai Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, söküntüdən sonra həmin ərazidə yeni bina tikiləcək və vətəndaşlar mənzillərlə təmin ediləcəklər.
Ətraflı Baku TV-nin süjetində:
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
Baxış sayı:141
Bu xəbər 02 Aprel 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















