Azərbaycanda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi online təqdim ediləcək
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Nazirlər Kabineti "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"yə dəyişiklik edib.
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulacaq.
Baxış sayı:101
Bu xəbər 11 Sentyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















