Icma.az
close
up
RU
“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib

“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən yeni yaradılmış “Qusar Aqropark”ın rezidenti “Fresh Garden Quba” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ATM-in direktor müavini Namiq Şalbuzov aqroparkların inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ixracyönümlü aqrobiznesin və aqropark modelinin inkişaf etdirilməsi, aqroparkların yeni inkişaf modelinə keçidinin dəstəklənməsi, investisiya təşviqi mexanizmlərinin və güzəştli maliyyələşdirmə alətlərinin genişləndirilməsi, həmçinin subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.

“Qusar Aqropark” haqqında məlumat verən Mərkəzin Aqrar sahənin dayanıqlı inkişafı və proqnozlaşdırılması bölməsinin rəhbəri Elvin Ağayev aqroparkın fəaliyyəti, strateji yerləşməsi, yaradılmış superintensiv meyvə bağları, tətbiq olunan innovativ yanaşmalar və perspektiv inkişaf istiqamətləri barədə məlumat verib.

Bildirilib ki, aqroparkda bitkiçilik təsərrüfatının yaradılması, müasir texnologiyaların və aqrotexniki üsulların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalı, bu sahə ilə əlaqəli fəaliyyətlərin həyata keçirilməsi və müvafiq xidmətlərin göstərilməsi planlaşdırılır.

Diqqətə çatdırılıb ki, hazırda aqroparkın ümumi ərazisi 77 hektardır. Aqroparkın ərazisində alma, nektarin, şaftalı və gilas bağlarından ibarət intensiv meyvə təsərrüfatı salınıb. Gələcəkdə bağ sahələrinin 110 hektaradək genişləndirilməsi və meyvə çeşidlərinin artırılması nəzərdə tutulur.

Həmçinin aqroparkda 6500 ton tutuma malik müasir soyuducu anbarın və saatda 12 ton məhsul çeşidləmə və qablaşdırma gücünə malik xəttin yaradılması planlaşdırılır.

Tədbirin sonunda ATM-nin direktor müavini Namiq Şalbuzov “Qusar Aqropark”ın rezidenti “Fresh Garden Quba” MMC-nin direktoru Samir İsmayılova qeydiyyat şəhadətnaməsini təqdim edib.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusuna malik təsərrüfatlar fəaliyyət istiqamətlərindən asılı olaraq bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə və qablaşdırma üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri də daxil olmaqla geniş çeşiddə kənd təsərrüfatı məhsulları istehsal olunur. Aqroparklarda istehsal edilən məhsullar həm yerli, həm də xarici bazarlarda satılır. Aqropark Qusar rayonunun Cağar kəndində, Kuzunqışlaq bələdiyyəsinin ərazisində yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri