Icma.az
close
up
RU
Azərbaycanda növbəti bələdiyyə seçkiləri təyin edilib

Azərbaycanda növbəti bələdiyyə seçkiləri təyin edilib

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Məzahir Pənahovun sədrliyi ilə noyabrın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin olunması məsələsinə baxılıb. Sədr M.Pənahov bununla bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib və müvafiq qərar layihəsini diqqətə çatdırıb. Komissiya üzvlərinin yekdil qərarı ilə növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib. Sədr, həmçinin bildirib ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.

Sonra “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın hər bir hissəsi ayrı-ayrılıqda oxunub və müzakirə olunaraq təsdiq edilib.

İclasda qarşıdan gələn bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla, Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Dairə seçki komissiyaları nəzdində Seçki Məcəlləsinə uyğun şəkildə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məsələsinə Mərkəzi Seçki Komissiyasında baxılması zərurəti yarandığı halda təqdim edilmiş imza vərəqələrindəki imzaların və digər məlumatların düzgünlüyünün yenidən yoxlanılması üçün Komissiya nəzdində aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və Mərkəzi Seçki Komissiyasının üzvü İşçi qrupunun rəhbəri təyin olunub.

Media subyektləri nümayəndələrinin də iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2024 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri