Icma.az
close
up
RU
Azərbaycanda növbəti bələdiyyə seçkiləri təyin edilib

Azərbaycanda növbəti bələdiyyə seçkiləri təyin edilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Məzahir Pənahovun sədrliyi ilə noyabrın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda əvvəlcə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin olunması məsələsinə baxılıb. Sədr M.Pənahov bununla bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib və müvafiq qərar layihəsini diqqətə çatdırıb. Komissiya üzvlərinin yekdil qərarı ilə növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib. Sədr, həmçinin bildirib ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.

Sonra “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın hər bir hissəsi ayrı-ayrılıqda oxunub və müzakirə olunaraq təsdiq edilib.

İclasda qarşıdan gələn bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb, komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla, Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Dairə seçki komissiyaları nəzdində Seçki Məcəlləsinə uyğun şəkildə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məsələsinə Mərkəzi Seçki Komissiyasında baxılması zərurəti yarandığı halda təqdim edilmiş imza vərəqələrindəki imzaların və digər məlumatların düzgünlüyünün yenidən yoxlanılması üçün Komissiyanın nəzdində aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və Mərkəzi Seçki Komissiyasının üzvü İşçi qrupunun rəhbəri təyin olunub.

Media subyektləri nümayəndələrinin də iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri